Связаться с нами

Психология

Oğlum həmyaşıdları ilə konfliktə girməkdən çox qorxur

20 Сентябрь, 2024

On yaşlı oğlum həmyaşıdları ilə konfliktə girməkdən çox qorxur və bu onun öz haqqını müdafiə edə bilməməsinə səbəb olur. Xahiş edirəm mənə kömək edin.

     Övladınızın həmyaşıdları ilə konfliktə girməməsi yaxşı haldır. Lakin əgər o, ehtimal olunan konfliktlərdən də qorxursa, yaxud başıqapazlı olubsa, bu, yaxşı deyil. Onun belə bir ruhiyyəyə malik olmasının səbəbləri aşağıdakılardan ibarətdir:
     1. Valideynin uşağın konfliktə getməsinə kəskin reaksiya verməsi: Çox ehtimal ki, siz lap körpəliyində onun həmyaşıdları ilə qarşıdurmalarına kəskin reaksiya vermisiniz və bu hərəkət onun gözündə böyük bir günah kimi görünüb. Bundan sonra onun qarşıdurmalarına az reaksiya verin.
     2. Konfliktə getməyi tərk etmək barədə çoxlu nəsihət: Sizin başqaları ilə konfliktə getməmək barəsində çoxsaylı nəsihət və xəbərdarlıqlarınız onda belə bir qorxu yaradıb. Əgər ona bu barədə öyüd-nəsihət ve rirsinizsə, bu işi bir müddət dayandırın. Nəsihət, özü də şərtlərinə riayət edərək verilən öyüd-nəsihət övladınız konfliktin başlayan tərəfi olduğu vaxtlar üçündür.
     3. Ciddi nəzarət: Əgər o, ailənin tək uşağıdırsa və siz ona ciddi nəzarət edirsinizsə, nəzarəti azaldın. Valideynin uşağı güclü nəzarət altında saxlaması onun ümumi qorxusunu artırır və bu rəftara da təsir göstərir.
     4. Özünəinam hissinin zəifliyi: Məsuliyyət tapşırmaq, mehribanlıq və məhəbbət göstərmək, məsləhət vermək, şəxsi işlərində daha çox sərbəstlik verməklə onun özünəinam hissini gücləndirin.

     Bir neçə tövsiyə
     A. Bu qorxusuna görə onu lağa qoymaq və danlamaqdan çəkinin.
     B. Başqalarının, xüsusilə ondan balaca uşaqların qorxmazlığını onun üzünə vurmayın.
     C. O, başqaları ilə konfliktə girəndə müdaxilə etməkdən çəkinin. Əlbəttə, ciddi zədə almaq təhlükəsi olan vaxtlar istisna olmaqla (ciddi sözünə diqqət edin) ki, bu zaman heç bir söz demədən və sakit şəkildə (vahimə və həyəcansız) fiziki müdaxilə edərək onları bir-birindən ayırın.
     Ç. O, həmyaşıdları ilə konfliktə girəndə onu himayə etməyin və qoyun, probleminə özü həll yolu tapsın.
     D. Özünətəlqin üsulundan istifadə edərək ona qorxmazlığı təlqin edin.
     E. Münasib kitablar hədiyyə edərək, dolayı yolla onun qorxmazlıq hissini gücləndirin.
     Ə. Onda şücaət nişanələri görəndə təşviq və tərifi yaddan çıxarmayın.

Dr. Hüseyn Dehnəvi

Социология

27 Апрель, 2024

Təkuşaqlılıq yaxşıdırmı?

07 Май, 2024

Gec danışmaq

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri