- Ailə xərclərinin yüngül olması.
- Tək övladın daha rahat idarə edilməsi.
- Valideynin tək övladla daha səmimi olması.
- Evdə sakitlik (evdə başqa uşaq olmadığı üçün heç bir qarşıdurma yaranmır və evin sakitliyi pozulmur).
- Tək uşağa daha çox qayğı göstərildiyi üçün onun daha çox asayiş hiss etməsi və özünəinam hissinin daha artıq olması.
- Valideynin tək uşağa çox bağlanması (bu bağlılıq tək övladın iztirab keçirməsinə səbəb olur və o həmişə ona bir zərbə dəyəcəyi təqdirdə valideynlərinin güclü ruhi sarsıntı keçirəcəklərindən nigarandır).
- Valideynin tək övladın davranış və danışığı barəsində hədsiz həssaslıq göstərməsi uşağı xoşagəlməz işlər görməyə və sözlər danışmağa sövq edir və ərköyünləşdirir.
- Valideynin tək uşağı həddən artıq nəzarətdə saxlaması, onun müstəqilliyini təhlükəyə atır.
- Tək övladın valideynlərinə çox bağlı olması onun dost tapmasına və həmyaşıdları ilə əlaqə qurmasına mane olur.
- Rəqabət, oyun, bacı, yaxud qardaşla ziddiyyət olmadığı üçün tək övladın inkişafına mənfi təsir göstərir.
- Valideynin təslimçiliyi və tək övladın istəklərinə qarşı çıxmamaları onun gələcəkdə kövrək və dözümsüz olmasına səbəb olur və o, ümidsizlik və ruhi sıxıntılara tab gətirə bilmir.
- Uşaqla böyük kimi davranılması (bu iş onun uşaqlıq etməsinin qarşısını alır).
- Həmyaşıdlarla az ünsiyyətdə olmaq (evdə bacı, yaxud qardaşı olmadığı üçün o, həmyaşıdları ilə əlaqə qurmaqda xəcalət çəkir).
- Təkuşaqlılığın öncə qeyd edilən üstünlükləri.
- Cəmiyyətin artmasının qarşısının alınması.
- Yuxarı yaşda ailə qurmaq - ya ikinci uşağa hamilə qalmaq şəraiti mövcud olmur, ya da ana münasib hamiləlik yaşından (18-35 yaş arası) keçmiş olur.
- Ər ilə arvadın bir-birindən ayrılması.
- Təkrar hamiləliyə mane olan fiziki və tibbi səbəblər.
- Təkrar hamiləliyin ikinci övlad üçün bir sıra problemlər yaradacağı genetik səbəblər.