Связаться с нами

Социология

Gec danışmaq

07 Май, 2024

Beş yaşında övladım var və o danışmır. Görəsən, problem nədədir?

Uşaqlar, adətən, 18 aylarına kimi təqribən 30-50 arası, 2 yaşında iki, hətta bəzən üç kəlmədən ibarət ibarələr və minə yaxın söz deyə bilirlər. Onlar dörd yaşında dilin qaydaları barədə nisbi bacarıq əldə edir, beş yaşında böyüklər kimi danışırlar. Bu, orta hədd və təbii haldır. Əgər hansısa uşaq orta həddən aşağı olsa, bunun mənası uşağın geridə qalması deyil və o bu gecikməni 6 ay və ya bir ildən sonra aradan qaldıra bilər. Albert Eynşteyn və Emil Zolya belə olublar.
Uşağın az danışmasının və söz bazasının az olmasının səbəbi onunla az danışmaq, ruhi məhrumiyyət, iztirab və nigaranlıqdır. Bu problemin aradan qalxması üçün loqopedə müraciət etmək faydalı olar.
Sizin 5 yaşlı övladınıza gəldikdə isə qeyd etmək istərdik ki, əgər o, indiyə kimi tam susursa, onun fiziki probleminin olub-olmamasını aydınlaşdırın. Əgər problem eşitmə qüvvəsi və ya ağıla aid olmasa, uşaq əsəb həkiminə müraciət edin ki, o, beyinin yüngül zədə görməsi (MDB), yaxud dilin inkişafının hədsiz gecikməsindən ibarət "autizm" (autism) ehtimallarını araşdırsın. Hər halda uşağı danışmadığına görə danlamayın. Ona cəmiyyət arasına çıxmaq imkanı verin və onu əsəbi şəkildə danışmağa vadar etməyin.

Dr. Hüseyn Dehnəvi

Образование детей

17 Февраль, 2024

Valideyn 2

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev