Связаться с нами

Психология

Həyat yoldaşım həmişə üç yaşlı oğlumla qorxulu oyunlar oynayır və oyun zamanı qorxulu varlıqların rolunu ifa edir. Bunun hansısa mənfi nəticəsi ola bilərmi?

13 Июль, 2025

Həyat yoldaşım həmişə üç yaşlı oğlumla qorxulu oyunlar oynayır və oyun zamanı qorxulu varlıqların rolunu ifa edir. Bunun hansısa mənfi nəticəsi ola bilərmi?

     Təbii ki, sizin övladınız bu cür oyunlardan həyəcanlanır və bəlkə də, bu qəbil oyunlara onun özünün də marağı var. Lakin onun mənfi təsirinin olması da qətidir.
     Yaddan çıxarmayın ki, azyaşlı uşaqlar təxəyyül ilə reallığın sərhədlərini bir-birindən ayıra bilmirlər və bu cür oyunlar onları vahiməyə salır, yaxud ən azı onların qorxulu kabus görmələrinə səbəb olur. Xüsusilə ona görə ki, onlar canlandırma təxəyyülünə malikdirlər və zehinlərində şəkil və əşyalara can verirlər. Buna görə də ola bilər, bu qorxu cansız əşyalara da sirayət etsin.
     Daha mühüm məsələ isə budur ki, o, gerçək aləmdə də atanın rolunu oynadığı heyvanlardan (pişik, it, ayı və s.) qorxa bilər və uzun illər həmin qorxudan xilas ola bilməz.
     Bu, oğru, polis, həkim və buna bənzər oyunlarda da belədir. Oğru, yaxud həkim rolunu, yaxud müxtəlif millətləri qorxulu şəkildə canlandırmaq da həmin nəticəni verir.
     Əgər sizin övladınızda bu cür oyunlara böyük maraq varsa və o, atası ilə bu şəkildə oynamaq istəyirsə gərək, oyun çox mülayim və qısamüddətli olsun.

Dok. Hüseyn Dehnəvi

Социология

27 Апрель, 2024

Təkuşaqlılıq yaxşıdırmı?

07 Май, 2024

Gec danışmaq

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev