Связаться с нами

Психология

Qızım oğrudan qorxur

07 Сентябрь, 2024

Səkkiz yaşlı qızım oğrudan çox qorxur. Bu qorxunun aradan qalxması üçün hansısa həll yolları varmı?

     Çox ehtimal ki, təzəlikcə yaxınlarınızdan hansınınsa evinə oğru girib, yaxud avtomobili oğurlanıb və övladınız bu hadisədən xəbər tutub. Bu ehtimal da var ki, onun həmyaşıdları arasında ev, avtomobil və uşaq oğrusu barəsində söhbət düşüb və o həmin söhbətləri eşidib.
     Xoşbəxtlikdən bu cür qorxular valideynin düşünülmüş davranışı ilə elə də çox davam etmir və qorxunun kökünün unudulması ilə özü də aradan qalxır.

     Bir neçə tövsiyə
     1. Uşağın qorxmasına elə də həssaslıq göstərməyin, diqqət yetirməyin. Sizin bu işə həddən artıq diqqət etməyiniz onda qorxusunun əsaslı olmasına inam yaradır.
     2. Həyat yoldaşınız və ya qonşu və qohumlarla uşağın yanında mənzil oğruları barəsində danışmayın.
     3. Onu həddən artıq nəzarətdə saxlamağı azaldın. İfrat nəzarət onu dünyada əmin-amanlığın olmaması barədə qənaətə gəlməyə sövq edir.
     4. Başqaları barəsində etimadsızlıqla danışmayın və övladınızı hansısa millət və ya təbəqə ilə qorxutmayın. Ona insanların çoxunun mehriban olması və yalnız az bir qisminin əyri işlərlə, o cümlədən oğurluqla məşğul olması fikrini təlqin edin.
     5. Səfərə çıxmamışdan qabaq uşağın yanında təhlükəsizlik məsələlərinə həddən artıq diqqət yetirilməsi (qapının qıfıllarının, işıqların ifrat dərəcədə yoxlanılması, evin qonşulara tapşırılması və s.) onun oğrudan qorxusunu daha da artırır. Təhlükəsizlik məsələlərinə diqqət etmək yaxşı işdir, amma bunun ifrat dərəcədə, özü də uşağın yanında edilməsi məqsədəuyğun deyil.
      6. Hadisə, oğurluq, cinayət xəbərlərini dərc edən qəzet və jurnalları evə aparmaqdan çəkinin, yaxud heç olmasa onları uşaqdan gizlədin.
    7. Onun rahatlıq tapması üçün dolayı yolla (əlbəttə, o, oğrudan qorxduğu üçün yox) pəncərələrin qoruyucularını möhkəmləndirin. Uşağın öz evlərinin ünvan bəzi və telefon nömrəsini, yaxud qonşunun və ya qohumların telefon nömrəsini bilməsi, onun zehni rahatlığını daha da artırır.

Dr. Hüseyn Dehnəvi

Образование детей

17 Февраль, 2024

Valideyn 2

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri