Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Zamanənin qayda-qanunları əsasında tərbiyə

27 Oktyabr, 2025 91

Zamanənin qayda-qanunları əsasında tərbiyə

Həzrət Əlinin: “Övladlarınızı zəmanənin qayda-qanunları əsasında tərbiyə edin”. kəlamının mənası nədir?

     Həzrət Əliyə mənsub hikmətlərin birində deyilir:
     "Uşaqlarınızı öz qaydalarınızı yerinə yetirməyə sövq etməyin. Çünki onlar sizin zamanınızdan başqa bir zaman üçün yaradılıblar". (Nəhcül-bəlağə)
     Həzrət Əli buyurur ki, övladlarınızı öz adət-ənənələrinizi yerinə yetirməyə vadar etməyin. Çünki adət-ənənələr dəyişir. Məsələn, valideynlər məktəbdə oxuyanda qızların dərs oxuması və ya ictimai işlərlə məşğul olması adət deyildi. Lakin həmin iş bu gün adət halını alıb və faydalıdır. Buna görə də "bizim vaxtımızda qızlar dərs oxumadıqları üçün bu gün də oxumamalıdırlar", yaxud "əvvəllər qızlar ictimai fəaliyyət göstərmirdilər, bu gün də belə olmalıdır". - deməyin.
     Həzrət Əlinin bu kəlamından qeyd-şərtsiz azadlıq nəticəsi çıxaran bəzilərinin təsəvvürünün əksinə olaraq, o həzrətin məqsədi halal-haramdan üz döndərmək deyil və hazırkı zamanın qayda-qanunlarına əməl etmək dini dəyərlərə və ilahi halal-harama əməl etməklə əsla ziddiyyət təşkil etmir. Müsəlman qız həm dərs oxuya və ictimai fəaliyyətlə məşğul ola bilər, həm də örtünməsinə riayət edə və özünü naməhrəmlərdən qoruya bilər.
     Zəmanənin imkanlarından (ali təhsildən, günün kompüter və kütləvi informasiya vasitələri və s. kimi texnologiyalarından, təhsil imkanlarından) istifadə etmək məqsədəuyğundur və hətta həzrət Əlinin kəlamının nümunələrindən ola bilər. Çünki öz zəmanəsindən xəbərdar olan kəsə şübhələr hücum etməz.
     İmam Cəfər Sadiq bu barədə buyurur:
     "Öz zəmanəsindən xəbərdar olan kəsə şübhələr hücum etməz". (Biharul-ənvar)

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4