Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Uşağın cinsiyyətinin təyin edilməsi 3

03 Fevral, 2024

İstəyirəm ki, sonrakı övladım qız olsun. Bunun üçün hansısa yollar varmı?

Bəli, bunun bir sıra əməli yolları var və ən mühüm amil nütfənin bağlandığı fəzanın turşulu olmasıdır. Bu halda dişi spermaların hərəkətinə şərait yaranır və uşağın qız olması ehtimalı artır. Uşağın qız olmasında aşağıdakı amillər təsirlidir:

  1. Qadının təhrik edilməməsi: Əgər cinsi əlaqə qadın təhrik edilmədən baş versə, uşaqlıq yolu turşulu olur və dişi spermalar hərəkət etdiyi üçün bu mühitdə uşağın qız olması ehtimalı artır.
  2. Kişinin sperma azlığı: Əgər ovulyasiyadan 4-5 gün qabaq daha çox cinsi yaxınlıq baş versə, toxum gələnə kimi erkək spermaların potensialı azalır və nəticədə dişi spermaların hərəkəti artır.
  3. Spermaların uşaqlıq yolunda qərarlaşması: Uşaqlıq yolu turşulu olduğu üçün əgər spermalar orada qərarlaşsalar, özlərini uşaqlığın ağzına çatdırmaq üçün orada üzməlidirlər. Belə bir mühitdə də dişi spermalar daha yaxşı hərəkət edirlər.
  4. Nütfənin yuxarı yaşlarda bağlanması: Bəzi kişi lərdə yuxarı yaşlarda spermaların sayı azalır və bu azalma erkək spermaların ziyanınadır. Yaşlı qadınlarda da uşaqlığın ağzının qələvi ifrazatı azalır və bu azalma uşağın qız olmasına münasib şərait yaradır.
  5. Uşaqlıq yolunun turşu ilə yuyulması: Əgər qadın cinsi yaxınlıqdan qabaq uşaqlıq yolunun içini 2 xörək qaşığı ağ sirkə qarışdırılmış bir litr su ilə yusa, uşaqlıq yolu turşulu olar və uşağın qız olması ehtimalı artar. (Bu yumanın da heç bir zərəri yoxdur).

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri