Bizimlə əlaqə saxlayın

Qadın sirləri

Qadın sirləri

  • Müəllif: Seyid Əlirza Təraşiun
  • Janr: Sosial
  • Nəşriyyat: Sirac Nəşriyyatı
  • İli: 2023
  • Dili: Azərbaycan dili

7.00

Ön söz

Ailə həyatında insanları daim narahat edən problemlərdən biri bəzən kişi və qadının ailədəki yerini unutmasıdır. Belə ki, bəzi ailələrdə qadınlar qadın, kişilər isə kişi rolunu oynamırlar. İmam Əli (ə) və həzrət Fatimənin (s) həyat tərzi bizə qadın və kişinin necə olmalı olduğunu göstərir. Hal-hazırda bir çox qadınlar qadın olmaq – qadınlıq və xanımlıq rolunu layiqincə ifa etmək əvəzinə, davranış ziddiyyətinə malikdirlər. Məsələn, öz ərləri üçün ana rolunu oynayırlar. Bu kimi qadınlar, əslində, öz həqiqi statusları haqqında kifayət qədər məlumatlı deyillər. Sözügedən problemin ən mühüm səbəbi xanımların həqiqi qadın olmanın sirlərinə heç bir yerdə yiyələnməmələridir ki, bu da onların ailə həyatında ər və uşaqları ilə bağlı bir çox problemlərlə üzləşmələrinə gətirib çıxarır.

Günümüzdə cəmiyyətin elmi inkişafı və qızların yüksək elmi dərəcələr əldə etməyə həvəsi günü-gündən artır, lakin bu məktəblərin heç birində – istər orta məktəbdə, istərsə də universitetdə – qadınlıq statusu düzgün şəkildə izah edilmir. Odur ki mövcud boşluğu nəzərə alaraq cəmiyyətdə qızları və qadınları maarifləndirmək, nümunəvi və uğurlu qadın modelini təqdim etmək üçün lazım olan tövsiyə və həll yollarını izah etmək qərarına gəldik. Qadın öz həqiqi statusuna nail olub cəmiyyətdə, xüsusilə də ailədəki rolunu yaxşı ifa etmək istəyirsə, bəzi tövsiyələrə əməl etməli və bu tövsiyələri öz ailə həyatına tətbiq etməlidir. Bu kitabda məsum rəhbərlərin kəlamlarından istifadə edərək uğurlu qadının həyatının sirlərini 40 tövsiyə şəklində izah və təqdim etməyə çalışacağıq.

Kitabı əldə etmək üçün:

+994 70 924 27 14
https://www.instagram.com/sirac.az/

Oxşar kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz