Bizimlə əlaqə saxlayın

Psixologiya

Ətrafdakıların iztirabı uşağın iztirabına səbəb ola bilər?

25 Fevral, 2024

Ata-ana və ya ətrafdakıların iztirabı uşağın iztirabına nə qədər səbəb ola bilər?

Uşağın ətrafında olan şəxslərin, xüsusilə ata-ananın iztirabı uşağın iztirabına səbəb olur. Çünki iztirab onlardan uşağa keçir. Buna görə də ətrafınızda baş verən hadisələrə reaksiyanızda diqqətli olmağınızı tövsiyə edirik. Uşaq gün ərzində baş verən hadisələr zamanı böyüklərin reaksiyalarını gözləyir. Əgər onların üzündə iztirab əlamətləri müşahidə edilsə, uşaq da iztiraba düçar olacaq. Amma böyüklərdə belə bir şey müşahidə edilməyəndə uşaq da öz sakitliyini qoruyur.
Misal: Çöldən vahimə yaradan qeyri-adi və uca səs gəlir. Başı oyuna qarışmış uşaq dərhal oynamağı dayandırıb ata-anasının üzünə baxır ki, onların necə reaksiya verəcəklərini görsün. Əgər valideynlər həmin səsdən iztiraba düşsələr, mütləq uşaq da iztiraba düçar olacaq. Amma əgər o, valideynlərinin üzündə iztirab əlaməti görməsə, rahatlıqla oynamağa davam edəcək.
Digər bir misal: Uşaq xəstələnir və siz onun xəstələndiyini görüb iztiraba düçar olursunuz. Əgər həmin xəstəlik bədənin ürək kimi həssas üzvlərinə aid olsa, sizin iztirabınız daha da şiddətlənir. Uşaq sizin həddən artıq iztirab keçirdiyinizi görəndə xəstəliyinin özü düşündüyündən daha ağır olduğunu güman edir və iztirabi neçə qat artır. Belə hallarda soyuqqanlı olun. Heç olmasa narahatlığınızı üzünüzdə büruzə verməyin. Xoşbəxtlikdən müasir tibbi avadanlıqların köməyi ilə xəstəliklərin çoxunu müalicə etmək mümkündür. Sizin iztirabınızın digər bir mənfi nəticəsi uşağın özünü yalandan xəstəliyə vurmaq ehtimalını artırmasıdır. Çünki o bilir ki, əgər özünü xəstəliyə vursa və ağrıyan kimi göstərsə, çox güclü diqqət mərkəzində olacaq.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev