Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

On beş yaşlı yeniyetmə övladım əsla tənqid qəbul etmir və kiçik bir tənqidin müqabilində göz yaşı tökür. Bu problemlə necə davranım?

13 Noyabr, 2025 68

On beş yaşlı yeniyetmə övladım əsla tənqid qəbul etmir və kiçik bir tənqidin müqabilində göz yaşı tökür. Bu problemlə necə davranım?

     Tənqid qəbul etmək, ümumiyyətlə, çətin, yeniyetməlik dövründə isə bu dövrün iltihabları və yeniyetmənin tez inciyən olması səbəbindən daha çətindir. Buna görə də sizin kiçicik tənqidinizlə onun gözləri dolur və onu qəhər boğur. Odur ki, onu tənqid etmək əvəzinə, sakit tərbiyədən, yəni susmaq və baxmaq üsulundan istifadə edin.
     Sizin onun pis rəftarı müqabilində sükut etməyiniz və alicənablıq nümayiş etdirməyiniz yeniyetmənizin islah olmasına səbəb olacaq.
     İmkan daxilində "qızım sənə deyirəm, gəlinim eşit" üsulundan istifadə edin ki, onun psixoloji müqaviməti azalsın.
     Əgər bəzən onun hansısa iradlarını birbaşa demək məcburiyyətindəsinizsə, aşağıdakı məqamlara riayət edin:
     1. Minimum hədd ilə kifayətlənin. Çünki İmam Əli buyurur: "Danlamaqda ifrata varmaq, tərslik alovunu şölələndirir". (Ğürərul-hikəm, s. 223)
     2. Tənqiddən qabaq ondan icazə alın. Əgər icazə versə, psixoloji müqaviməti azalacaq və sizin sözünüzü qəbul edəcək. Əgər icazə verməsə, özü öz rəftarları barədə fikirləşəcək və səhvini başa düşəcək.
     3. Əvvəlcə, onun müsbət cəhətlərini qeyd edin.
     4. "Sən" sözü əvəzinə, "mən" sözündən istifadə edin. "Sən" sözündə (sən səliqəsizsən) irad uşağa ünvanlanır. "Mən" sözündə (mən görəndə ki, paltarlarını yerə tökürsən, narahat oluram) isə öz hisslərinizi bəyan edirsiniz ki, bunun da təsiri çoxdur.
     5. Övladınızın rəftarını tənqid edin, özünü tənqid etməyin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri