On yaşlı oğlum həm mənim, həm də atasının şifahi xəbərdarlıqları müqabilində çox müqavimət göstərir. Onun islah edilməsi üçün hansısa yol varmı?
14 Noyabr, 2025 82
On yaşlı oğlum həm mənim, həm də atasının şifahi xəbərdarlıqları müqabilində çox müqavimət göstərir. Onun islah edilməsi üçün hansısa yol varmı?
Siz lal tərbiyə üsulundan istifadə edə bilərsiniz. Lal tərbiyə iki cür olur: Sükutdan istifadə və baxışdan istifadə.
Övladınız xoşagəlməz bir iş görəndə üzünüzdə narazılıq ifadə etməklə sakit dayanın. Sizin sükutunuz onun düşünməsinə və özünü düzəltməsinə səbəb olacaq.
İmam Əli buyurur:
"Nə çox sükutlar var ki, sözdən daha yetərlidir”. (Ğürərul-hikəm, c. 215)
Bəzən dil ilə heç nə deyilmir, amma sizin sükutunuz övladınız ilə danışır.
Qərb psixoloqlarından Permuda Betra deyir:
"Dilə gətirilməyən sözlər dilə gətirilən sözlərdən daha mühüm olur". (Hüseyn Seyyidi, Yek şaxi qoli mina, s. 96)
Lal tərbiyənin digər bir forması baxışdan istifadədir. İnsanın baxışında bir dünya söz olur. Bəzən mənalı bin baxış tarixin istiqamətini dəyişir.
Ömər ibn Əbdüləzizin müəllimi yol ilə keçəndə onun həzrət Əli barəsində nalayiq ifadə işlətməsini eşidir və narazı baxışla ona baxaraq keçib gedir. Həmin baxış Ömer ibn Əbdüləzizin xilafət kürsüsündə oturandan sonra həzrət Əliyə lənət oxunmasını qadağan etməsinə səbəb olur. (Mürtəza Mütəhhəri, Dastani rastan, c. 2, s. 199)
Valideyn öz baxışı ilə istək, etiraz və təhdidini övladına çatdıra bilər. Sözləriniz müqabilində möhkəm müqavimət göstərən övladınız barəsində sizin bu üsuldan istifadə etməyiniz münasibdir.
Dok. Hüseyn Dehnəvi