Bizimlə əlaqə saxlayın

Məqalələr

Yaxşı plan – sadə plandır

03 Aprel, 2024

"Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atmışdır."
Əli ibn Əbu Talib

Sonu düşünmək həyatı idarə edən, inkişaf göydələninin pillələrini təşkil edən plan və məqsəd fikirləşib tapmaqdır. Daha yaxşı gələcəyimiz layiqli məqsəddən və sadə plandan başlayır. Planın mürəkkəb elementlərlə yüklənməsinə yol vermək olmaz. Əksər cavablar onların tapılması üçün vaxt tələb edir. Hər bir təfərrüatı planlaşdırmaq, yaxud istənilən maneəni əvvəlcədən görmək, faktik olaraq, mümkün deyil.

Başqa insanların bizim planımızın hazırlanmasına arzuolunmaz təsir göstərməsinə yol verməməliyik. Ola bilər ki, başqa insanların bizim nə etməli olduğumuza dair onlarla fikri olsun, lakin yekun plan bizim öz planımız olmalıdır.

“…işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!”
(
Ali-İmran” surəsi, ayə 159)

Hər hansı bir işdə qərar vermənin ən vacib müqəddiməsi o sahədə mütəxəssislə məşvərət etməkdir. Lakin bu məşvərət yalnız və yalnız müqəddimə hesab olunur, işin icrası barəsində qəti qərar hesab olunmaz. Müqəddəs kəlam da məşvərəti ilk addım bilir, son addım deyil. Son və ən mühüm addım yenə də insanın öz öhdəsindədir.

Qiymətli məsləhətlərə qulaq asmalıyıq, lakin bununla belə, yadda saxlamalıyıq ki, başqa heç kim bizim planımızı bizim özümüz kimi görməyəcək və işin incəliyini bizim özümüz kimi hiss etməyəcək.

Bu, şəxsən tərtib edilmiş plan olmalıdır, onun yaradıcısı və memarı isə bütün yol boyunca gəminin sükanı arxasında qalmalıdır. Dəqiq müəyyən olunmuş plan və üstün hədəf olmadan işə başlayan şəxsin aqibəti Əli ibn Əbu Talibin nurani kəlamında bəyan olunmuşdur. Bu, həyatı müddətincə çətinlik və yersiz məşəqqətlərə düçar olmaqdır. Məqsəd və plan bütün həyatı möhkəm bir sistem altında toplayır və bütün resursları inkişafa doğru yönəldir.

"Arxadakı Körpüləri Yandırın" kitabından

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz