Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Psixologiya elmi düzgün tərbiyədə nə qədər təsirlidir?

26 Fevral, 2024

Psixologiya elmindən xəbərdar olmaq uşaq və yeniyetmənin düzgün tərbiyə edilməsində nə qədər təsirlidir?

Valideynlər, gərək, psixologiya elmi vasitəsi ilə uşaq və yeniyetmələrin ruhi cəhətləri ilə tanış olsunlar. Əlbəttə, bu onların psixologiya mütəxəssisi olmaları mənasını vermir. Psixologiyanın ümumi qolları (sənaye, cinayət, hüquq, təbliğat və s. psixologiyaları) ilə müxtəsər tanışlıq, onun uşaqlara aid qolları (kliniki, təlim, şəxsiyyət, fiziologiya) ilə daha artıq tanış olmaq, həmçinin uşaqların müxtəlif yaş həddindəki ehtiyac və davranışlarını və onlarla münasib davranışın nədən ibarət olmasını araşdıran inkişaf psixologiyası ilə ətraflı tanış olmaq valideynin uşaq və yeniyetmənin tərbiyəsində daha artiq uğur qazanmasına səbəb olur.
Psixologiya ilə tanış olan valideyn bilir ki, övladının anormal davranışı əksər hallarda ruhi və psixoloji köklərdən qaynaqlanır. Buna görə də o bu qəbildən olan rəftarlarla qarşılaşanda məsələnin kökünü axtarır ki, onu islah etməklə rəftarın da düzəlməsinə nail olsun. Əziz ailələrə tövsiyə edirik ki, psixologiya və tərbiyə mövzulu kitabları mütaliə üçün vaxt ayırsınlar. Həmçinin onlar, gərək, toplantılardan, kütləvi informasiya vasitələrinin (televiziya və radionun) proqramlarından istifadə etsinlər və ehtiyac zamanı savadlı, mənəviyyatlı və ürəyiyanan müşavirlərin fikir və yardımlarından bəhrələnsinlər.
Bir çox hallarda uşaq və ya yeniyetmənin ruhi vəziyyətindən xəbərsizlik onlara sonra düzəldilməsi mümkün olmayan ziyanlar vurur. Ata övladının dırnağını çeynəməsinin şahidi olur və bu davranış pozuntusu və ya əsəb vərdişini aradan qaldırmaq üçün onu döyür. Dırnaq çeynəməyin psixoloji kökü olduğu və o, ruhi sıxıntılar (valideynlər arasında konflikt, ailədə yeni körpənin doğulması, böyük bacı və ya qardaşın onu incitməsi və s.) səbəbindən yarandığı üçün fiziki cəza onun ruhi sıxıntısını daha da artırır. Atasının yanında qorxudan dırnağını çeynəmirsə də, atası olmayan yerdə bu işi mütləq görür.
Başqa bir ata isə övladının davranış pozuntusu olan dırnaq çeynəməsini aradan qaldırmaq üçün şirnikləndirmə (dırnaq çeynəməmək müqabilində hər gün müəyyən qədər pul vermək) üsulundan istifadə edir. Bu üsulda da məsələnin kökü tapılmadığı və ata problemi kökündən islah etmədiyi üçün psixoloji sıxıntılar özünü başqa bir şəkildə (məsələn, gecə yerini islatmaq formasında) büruzə verir.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz