Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Uşaqlar arasında ayrı-seçkilik

28 Fevral, 2024

Valideynlərin uşaqlar arasında ayrı-seçkilik qoymasının səbəbi nədir və bu iş səhvdirmi?

Valideynlər bəzi səbəblərdən uşaqlar arasında fərq qoyurlar. Həmin səbəblər aşağıdakılardan ibarətdir:

  1. Uşaqların yaşı: Adətən, kiçik uşaq daha çox diqqət mərkəzində olur.
  2. Uşağın cinsi: Qızlara oğlanlardan daha çox diqqət göstərilir.
  3. İlk övlad: İlk övlad daha çox diqqət mərkəzində olur.
  4. Uşağın davranışı: Valideynlər sakit uşaqları daha çox sevir və onlara daha çox diqqət göstərirlər.
  5. Valideynin uşaqlıqdakı vəziyyəti: Əgər ana uşaqlıqda diqqət mərkəzində olmayıbsa, indi qızına daha çox diqqət göstərir. Yaxud əgər o, ailənin böyük övladı olubsa və onunla ailənin kiçik uşağı arasında ayrı seçkilik qoyulubsa, indi o, böyük övladının tərəfini saxlayır. Əgər ata uşaqlıqda diqqətdən kənar olubsa, indi öz oğluna daha çox diqqət edir.
  6. Xüsüsi və hansısa mərhələyə aid səbəblər: Bəzən uşaqlardan biri müvəffəqiyyət qazanır, hansısa bir işdə uğur əldə edir və bu məsələ ona daha artıq diqqət edilməsinə səbəb olur. Uşaqlar arasında ayrı-seçkilik qoymaq düz deyil və mənfi nəticələr verir. Əgər övladlarınızdan birinə hansısa imtiyaz və qazandığı müvəffəqiyyətlərə görə daha artıq diqqət göstərmək və onu təşviq etmək istəyirsi nizsə, çalışın, bunu imkan daxilində digər övladınızın yanında etməyin. Əgər həmin övladınızı digər qardaş və ya bacısının yanında təşviq etmək məcburiyyətində qalsanız, həmin qardaş və bacının da müsbət cəhətlərini dilə gətirməyi yaddan çıxarmayın ki, kin və paxıllıq yaranmasın. Bəzən valideynlər həzrət Əlinin “pis iş görəni yaxşı iş görənə yaxşılıq etməklə cəzalandır” kəlamını əsas götürərək pis iş görən övladlarının yanında yaxşı iş görən övladlarını tərifləyir və ya onun üçün hədiyyə alırlar. Bu, yaxşı üsuldur, amma ondan digər üsullardan (təşviq, duyğuların təhrik edilməsi, məhəbbət göstərilməsi və s.) istifadə edildikdən sonra istifadə etmək lazımdır. Unutmayın ki, övladlarla ədalətli davranış dedikdə məqsəd zahirdəki davranışdır. Yoxsa ki qəlbdə olan məhəbbət ayrı-seçkilik nümunəsi deyil.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri