Uşaq dünyaya gələndən neçə müddət sonra təlimə başlaya bilərik?
Uşaq dünyaya gələndən dərhal sonra təlimə başlamaq lazımdır. Çünki uşaq keçmişdəkilərin təsəvvürünün əksinə olaraq sayıq və həssasdır və öyrənmək qabiliyyətinə malikdir. Buna görə də o, dünyaya gəlǝndǝn 12 saat sonra insan səsinə reaksiya verir.
Körpə dünyaya gəldiyi ilk həftənin sonunda ananın əlamətlərini yadda saxlayır və təqribən üçüncü həftədən sonra ana uşağa süd verəndə və onunla danışanda gözünü ananın üzünə dikir. O, təxminən altı həftəliyindən sonra valideynlərin danışığına "ğı, ğı" edǝrǝk reaksiya verir və gülümsəyir. Həmçinin üç aylığından sonra ətrafa diqqətlə baxmaq üçün başını öz iradəsi ilə o tərəf bu tərəfə çevirir və yavaş-yavaş xoşu gəlməyən şey görəndə gözünü yumur, yaxud üzünü döndərir. O, köməkçi yeməklərin verilməsindən sonra yeməklərin dadını ayırd edə bilir. Beləliklə də, dadlı yeməkləri yeyir, dadı münasib olmayan yemək və dərmanlar müqabilində isə müqavimət göstərir.
Təlim uşaq dünyaya gəldiyi andan başlayır - əlbəttə, dolayı yolla və uşağın təhtəlşüuruna təlqin vasitəsi ilə.
Dok. Hüseyn Dehnəvi