Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Uşağın yataq otağının ayrılması

24 May, 2024

Uşağın yataq otağının valideynin yataq otağından ayrılmasının ən münasib vaxtı hansı yaşdır?

Yaxşı olar ki, uşaq öz valideynindən ayrı-ayrı otaqda yatsın.
Uşağın yataq otağının ayrılmasının ən yaxşı vaxtı 12-18 aylıq olandadır. Çünki o həmin yaşa kimi valideynə bağlanmayıb və bundan da mühüm cəhət onun üçün hələ qaranlıq məfhumunun olmamasıdır.
Bu yaşdan sonra uşaq özündən muğayat ola bilir. Ondan əvvəl o özündən muğayat ola bilmir və buna görə də zədə ala (boğula) bilər. Bundan əlavə, ananın bədəninin istiliyi, ürəyinin döyüntüsü uşağın rahatlıq və ruhi inkişafında çox təsirlidir. Uşağın ananın bədəni ilə təmasda olması, ananın südünə prolaktin hormonunun ifraz olunmasına səbəb olur. Bundan əlavə, ana uşağın yuxu pozuntusu mərhələsində ona kömək edə və yüngül yuxudan dərin yuxuya - yaxud əksinə - getməkdə ona yardım göstərə bilər.
Uşağın yuxusunun iki mərhələsi var: Yüngül mərhələ və dərin mərhələ. Yüngül mərhələdə göz hərəkət edir, yarıaçıq olur, bədən ora-bura əyilir, uşağın tənəffüsü nizamsız olur. Dərin yuxu mərhələsində isə bədən sakit, tənəffüs nizamlı olur, əl və ayaqlar yana düşür.
Yeni doğulmuş körpələrin 80 faizinin yuxusu yüngül olur və 3 yaşına kimi yuxunun 80 faizi dərinləşi. Bu hadisə Allahın bir lütfüdür ki, uşaq yüngül yuxuda soyuq, isti, burnunun tutulması və nəfəsinin kəsilməsi kimi hadisələr zamanı reaksiya verə bilsin.
Uşaqların yuxusu daim yüngüldən dərinə və dərindən yüngülə dəyişir. Bu daimi dəyişiklik oyaqlığın müddətini və nəticədə zərbəyə məruz qalmaq halının sayını artırır. Ana uşağın yanında olaraq süd verməklə, yaxud nəvaziş və lay-lay çalmaqla onun yüngül yuxudan dərin yuxuya keçməsini asanlaşdıra bilər. Ana uşağın yanında olmayanda bu keçid rahat baş vermir və uşaq əsəbi şəkildə ağlayır.
Övladınız yanınızda yatanda gecə yarısı süd verəndə və müvəqqəti əmizdirmə zamanında onun tənəffüsünə diqqət edin.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz