Uşaq və yeniyetmələrin qeyri-normal davranışlardan çəkindirilməsinin meyarı nədir və onlar nə vaxtdan həmin davranışlardan çəkindirilməlidirlər?
Bizim uşaq və yeniyetmələri qeyri-normal davranışlardan çəkindirmək meyarımız müqəddəs şəriət, yəni vacib və haram olmalıdır. Bu məsələdə valideynlərin öz şəxsi baxışları ilə davranmaları bəyənilən deyil. Bəzi valideynlər öz şəxsi baxışlarına əsaslanaraq uşaqlanı bəzi işlərdən çəkindirirlər, halbuki həmin işlər qadağan deyil.
Əgər başqalarına maneçilik törətmirlərsə, uşaqların oynaması, əgər başqalarını incitmirsə, səs-küy salmaları, əgər heç bir zərər və təhlükəsi yoxdursa, hədsiz hərəkət etmələri, əgər həmyaşıdları etimad ediləsi uşaqlardırsa, dostları ilə gəzişməsi, dostlarının evinə getmələri, yaxud dostlarını evə dəvət etmələri, istədikləri ayaqqabı və paltarı almaları və s. nöqsansız işlərdir və uşaqları bu işlərdən çəkindirmək olmaz.
Uşaq haram iş görəndə onu həmin əməldən çəkindirmək lazımdır. Onun uşaq olması bir az heroin istifadə etməsinə göz yummağımıza səbəb olmadığı kimi, günah etməsinə əhəmiyyət verilməməsinə də səbəb ola bilməz.
Uşağın pis işləri qarşısında sizin vaxtında addım atmağınız onu sonrakı qeyri-normal işlərdən qoruyacaq. Qərbli psixoloq Permuda Betranın xəbərdarlıq xarakterli bir sözü var. O deyir:
"Dünyanın böyük yanğınlarının çoxunun qarşısını bir fincan su ilə almaq mümkündür, əlbəttə, əgər vaxtında addım atılsa".
Təəssüf ki, bəzi ailələr uşaqların günahları qarşısında vaxtında addım atmadıqlarına görə yeniyetməlik dövründə qarşılarında qeyri-normal rəftarın kök saldığı və islah edilməsi olduqca çətin olan bir övlad görürlər.
Dr. Hüseyn Dehnəvi