Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Oğlumun məsuliyyətli olmasını istəyirəm

19 Noyabr, 2024

Beş yaşında oğlum var və indidən onun məsuliyyətli olmasını istəyirəm. Uşağın məsuliyyət qəbul etməsi üçün hansısa münasib yaş həddi varmı?

     Uşağın məsuliyyət qəbul etməsində onun yaşı çox əhəmiyyətlidir. Beş yaş bu iş üçün gec deyil. Lakin siz bu işə daha aşağı yaşlardan da başlaya bilərsiniz. Uşaqlarda məsuliyyət hissinin yaradılmasına onlar ayaq açandan başlamaq olar.
     Bu işə uşaq ayaq açandan başlamağın səbəbi həmin dövrdə uşağın iş və fəaliyyət marağının yüksək olmasıdır. O, həmin vaxt işləməkdən və öhdəsinə masuliyyət götürməkdən həzz alır, özünü mühüm sayır və müstəqillik hiss edir. İki yüz əlli azyaşlı uşaq üzərin də aparılmış araşdırmalardan bu nəticə əldə edilib ki, onların 97 faizi ev işlərində kömək və əməkdaşlıq etməyi sevir.
     Övladımız evdə öhdəsinə nə qədər tez məsuliyyət götürsə, məsuliyyətlilik onun zehnində daha tez vərdiş halına düşər.
     Yaddan çıxarmayın ki, uşağın məsuliyyəti onun yaş və bacarığına uyğun olaraq artırıla bilər. Uşağın onda hazırlıq yaranmadan məsuliyyətə cəlb edilməsi onu ümidsizliyə düçar edə və onun özünəinam hissini əlindən ala bilər, necə ki ona gec məsuliyyət tapşırılması da onu ictimai və ailə həyatında problemlərə sövq edir. Bəzən uşağın yaşı münasib olur, amma o, məsuliyyət qəbul etmək üçün lazımi gücə malik olmur. Uşaq onun bacarığı həddində məsuliyyətə cəlb edilməlidir. Allah-taala da insanların boynuna onların ba cardıqları qədər məsuliyyət qoyub:
     "Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur".
     (Bəqərə surəsi, ayə 268)
     Uşaqların (xüsusilə yeniyetmələrin) üzərinə həddən artıq çox məsuliyyətin qoyulması onlarda yalançı bacarıq və özünüidarə hissinin yaranmasına səbəb ola və bir sıra problemlər törədə bilər.
     Məsuliyyətə cəlb edərkən övladınızın yaşını nəzərə alaraq təhlükəsizlik məsələlərinə də diqqət edin.

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev