Oğlumun bir yaşı var. O, yalan danışır. Bununla necə mübarizə aparım?
21 Oktyabr, 2025 56
Oğlumun bir yaşı var. O, yalan danışır. Bununla necə mübarizə aparım?
Siz, gərək, yalançılığın səbəbini tapasınız və əgər səbəb tapılsa, ondan törəyən nəticə də aradan qalxacaq.
Yalan danışmağın səbəblərini nəzərə alaraq onunla mübarizə aparın:
1. Mühit: Başqalarının yalan danışdığı mühitdə uşaq da yalan danışacaq. Buna görə də, gərək, mühiti düzəldəsiniz.
2. Fiziki cəza: Davranışına görə möhkəm fiziki cəzaya məruz qalan uşaq yaramaz iş görəndə düz danışmayacaq. Fiziki cəzanın yerinə qabaqlayıcı mexanizmlərdən istifadə edin.
3. Diqqətin cəlb edilməsi: Uşağın yalanlarının qarşısında güclü reaksiya verməyin və onu bu işdən münasib məqamlarda çəkindirin. Çünki ola bilər, bu, diqqəti cəlb etmək üçün olsun.
4. Həqarət hissi: Çox danlanan və qinanan uşaq özündə həqarət və alçaqlıq hiss edir və bu hissi sığorta etmək üçün yalan danışır ki, özünü böyük göstərsin. Buna görə də onu danlamağa son qoyun.
5. Gopçuluq etmək: Bu yaşda uşaqlar bəzən özlərini böyük göstərmək üçün gopçuluq edirlər. Onu başa salın ki, bu əməl başqasının gözündə pis və xoşagəlməz görünür.
6. Zarafat: Uşaq bəzən zarafat üçün yalan danışır. Onu böyüklərimizin yalan danışmağın qəbahəti ilə bağlı olan kəlamlanı ilə tanış edin.
7. Uşağın çox sorğu-sual edilməsi: Uşağın çox sorğu-sual edilməsi onu yalana sövq edir. Buna görə də yaramaz iş görəndə ondan "bu işi görmüsən?" - deyǝ soruşmayın. Həmin vaxt ona "kim belə iş görübsə, bir daha təkrar etməsin". - deyin.
Tövsiyə edirik ki, onu yalanın nəticələri (Cənnətdən və ilahi hidayətdən məhrum olmaq, imanın əldən çıxması, yoxsulluq, yaddaş zəifliyi, cəmiyyət arasında etibarın itirilməsi, günaha daha da ürəklənmək və s.) ilə tanış edin.
Əgər məhrumiyyət üsulundan istifadə edirsinizsə, yalan danışacağı təqdirdə, onun məhrumiyyətini ikiqat artırın - birini nalayiq əməlinə görə, birini də yalançılığına görə - ki, yalan danışmayacağı təqdirdə məhrumiyyətinin yarı olacağını başa düşsün.
Uşaq doğru danışanda da onu təşviq etməyi və tərifləməyi yaddan çıxarmayın.
Dok. Hüseyn Dehnəvi