Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Dörd yaşlı oğlum var. O, həm məni, həm də atasını – xüsusilə başqalarının yanında – vurur və kobudluq edir.

15 Oktyabr, 2024

Dörd yaşlı oğlum var. O, həm məni, həm də atasını – xüsusilə başqalarının yanında – vurur və kobudluq edir.

     Aqressivlik özünü başqasını vurmaq, təpik atmaq, dava etmək, incitmək, hay-küy qoparmaq, başqalarının ləvazimatını sındırmaq formasında göstərən kobud davranışdır. Buna görə də ağlamaq və ya qaşqabaq tökmək aqressivlik deyil. Dörd yaşlı uşaqların aqressivliyinin səbəbləri aşağıdakılardan ibarətdir:
     1. Aclıq: Uşağın yeməyinin vaxtı keçəndə o, aqressiv olur və bir çox hallarda ac olduğunu anasına demir. Əziz analara tövsiyə edirik ki, uşağın yeməyini, xüsusilə qonaqlıqlarda və ya evdə qonaq olan zaman yaddan çıxarmasınlar.
     2. Yorğunluq: Əgər uşaq həddən artıq hərəkət etmiş olsa və piyada gəzmək və ya oynamaqda həddi aşsa, kiçik bir bəhanə ilə özündən çıxır və kobudluq edir. Uşağın fiziki fəaliyyətlərdə normal çərçivədə hərəkət etməsi daha məqsədəuyğundur.
     3. Yuxusuzluq: Uşağın yuxusunun vaxtı keçəndə aqressivlik etməsi təbiidir. Bu problem qonaqlıqlarda, yaxud valideynlərin başı evdəki qonaqlara qulluq etməyə qarışan zaman baş verir.
     4. Uşağa diqqətsizlik: Sizin dörd yaşlı övladınız bir şey istəyəndə istəyinə diqqət edin. Siz onun istəyinə diqqət etməyəndə (xüsusilə başqalarının yanında) o, vurmaq və hay-küy qoparmaqla, sizin diqqətinizi özünə cəlb etmək istəyir. Bəzi valideynlər öz dostları ilə və ya qohumlarla söhbət edən zaman uşağa cavab verməyi yaddan çıxarırlar.
     5. Xəstəlik: Uşaqların aqressivliyinin səbəblərindən biri də xəstəlikdir (qızdırma). Bu zaman onunla yumşaq davranmaq lazımdır.
     6. Parazit: Bəzi parazitlər uşağın əsəb sisteminə təsir edir. Bu halda həkimə müraciət etmək lazımdır.
     7. Uşağın sıxıntıda saxlanılması: Bu yaşda uşaqlar sevimli olurlar. Buna görə də qohumlar və ailəyə yaxın insanlar uşağın istəyinin əksinə olaraq onu qucaqlarına götürərək sıxışdırır və öpürlər. Uşaq bu kimi işlərdən, xüsusilə hansısa böyük bir adam onu məcbur götürüb yaş dodağı ilə öpəndə sıxılır və aqressivlik göstərir.
     Uşaqla ünsiyyətdə olmaq istəyən böyük adam heç vaxt zordan istifadə etməməlidir. Yumşaqlıq, münasibətin oyun, şeir, hekayə və s. ilə başlanması, sonrakı ruhi münasibətlərin qurulmasına şərait yarada bilər.
     Çox az sayda uşaq böyüklərin kobud davranışının müqabilində müqavimət göstərmir. Əgər hər hansı bir uşaq böyük bir adam ona tərəf hərəkət edəndə ata və ya anasının arxasında gizlənirsə, qorxur və qaşqabağını tökürsə, deməli, onun böyüklər barəsində acı təcrübəsi var. Bu zaman onunla öncə qeyd edilən yollardan istifadə edərək münasibət qurmaq lazımdır.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri