Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Oğlum çox aqressivdir

14 Oktyabr, 2024

Səkkiz yaşında oğlum var və o, çox aqressivdir. Onun bu cür olmasının səbəbi nədir və mən onunla necə davranmalıyam?

     Səkkiz yaşlı uşağın aqressivliyinin müxtəlif səbəbləri var:
     1. Mühit: Ailə, məktəb və məhəllə mühiti sizin övladınızın aqressivliyinə səbəb ola bilər. Ata və ananın, ailənin digər üzvlərinin, yaxınların, müəllimlərin və həmyaşıdların uşaq üçün örnək rolu oynamasını nəzərə alaraq bilmək lazımdır ki, əgər adı çəkilənlərdən biri kobud olsa, onun həmin rəftarı uşağa da keçəcək. Örnəklərin 8 yaşlı uşağın aqressivliyinə ciddi təsir göstərməsinin nişanəsi onun özündən kiçik bacı və ya qardaşı ilə aqressiv davranan zaman rəftar və sözlərinin böyük hissəsinin örnəklərin rəftar və sözlərinə oxşamasıdır. Mühitin düzəldilməsinin uşağın rəftarının islah edilməsinə təsir göstərəcəyi şübhəsizdir.
     2. Aclıq: Aclıq zamanı mədənin turşuluğu artdığı və o, əsəblərə təsir göstərdiyi üçün bu halda aqressivliyin artması gözləniləndir. Buna görə də tövsiyə edirik ki, bu vaxt öyüd-nəsihət və yersiz istəklərlə uşağın özündən çıxmasına şərait yaratmayın.
     3. Yorğunluq: Övladınız bu gün sübhdən ekskursiyada olub, çoxlu fiziki fəaliyyət göstərib, xeyli oynayıb. Ekskursiyadan qayıdandan sonra məktəb tapşırıqlarını aqressivliyinə şərait yazmaq və bəzi şəxsi işlərini görmək məcburiyyətində olub. Təbii ki, bu yorğunluq onun aqressivliyinə şərait yaradır və kiçicik bir qığılcımla o özündən çıxır. Bu za man uşağın şəraitini dərk etmək ailədə sakitliyə çox kömək edəcək.
     4. Uğursuzluq: Bu yaşda olan uşaqların aqressivliyinin səbəblərindən biri uğursuzluqdur. Sizin övladınızın problemi var və o həmin problemi həll edə bilmir. Həmin problem bəzən evə, bəzən isə məktəbə aid olur. Tövsiyəmiz budur ki, bu halda övladınızın probleminin nədən ibarət olduğunu öyrənərək onun həll edilməsində uşağa yardımçı olasınız. Əgər övladınızın dərs problemi varsa (məsələn, riyaziyyat məsələlərini həll edə bilmirsə), məsələnin həll edilməsi məqsədəuyğun deyil. Sizin məsələləri həll etməkdə ona kömək etməyiniz onu özündən çıxmaq və aqressivlikdən qurtaracaq. Uşaqların dərslərini onların yerinə həll etmək onların başqalarına arxalanmalarına səbəb olur və müstəqilliklərini təhlükəyə atır.
     5. Uşağın lağa qoyulması: Heç vaxt övladınızı uşaqcasına dediyi sözlərə və ya uşaqcasına olan istəyinə görə lağa qoymayın. Çox vaxt onun sözü və ya istəyi sizə dəyərsiz və əhəmiyyətsiz görünür. Lakin bunlar onun özü üçün çox mühümdür və uşağın lağa qoyulması onun aqressivliyinə səbəb olur.
     6. Diqqət cəlb etmək: Bəzən uşaqların aqressivliyi diqqəti cəlb etmək üçün olur. Çünki o hiss edir ki, aqressivlik edəndə bütün nəzərlər ona tərəf yönəlir və ata, ana, böyük bacı və qardaş, həmçinin digər yaxınlar ona nəsihət verirlər.
Buna görə də uşaq aqressivlik edən zaman ona və həssaslıq göstərməyin. Lakin adi hallarda ona daha artıq diqqət edin və daha artıq vaxt ayırın ki, ruhi baxımdan rahat olsun və başqalarının diqqətini özünə yönəltmək üçün aqressiv rəftarlardan istifadə etməyə məcbur olmasın.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6