Nə üçün psixoloqlar və təlim-tərbiyə mütəxəssisləri uşaqların təşviq edilməsini təkid edirlər?
18 Noyabr, 2025 59
Nə üçün psixoloqlar və təlim-tərbiyə mütəxəssisləri uşaqların təşviq edilməsini təkid edirlər?
Psixoloqların təşviq məsələsinə təkid etmələrinin səbəbi onun möcüzəvi xüsusiyyətidir. Əgər təşviqin lazımi şərtlərinə əməl edilsə və o, vaxtında edilsə, uşağın davranışında ciddi dəyişikliklər yaradar və onun həyatının istiqamətini dəyişər.
Hətta heyvanları ram edən şəxslər də bu vasitədən istifadə edirlər.
Təşviq Allah-taala və Onun övliyalarının istifadə etdiyi bir üsuldur. Allah-taala səbir sahiblərini belə təşviq edir:
"Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir". (Bəqərə surəsi, ayə 157)
Həmçinin Peyğəmbərinə göstəriş verir ki, müsəlmanlardan zəkat alsın və onlara dua etsin (onları təşviq etsin).
"Onların mallarından zəkat al… və onlara dua et va salam göndər". (Tövbə surəsi, ayə 103)
Allah övliyalarının həyatında da maraqlı təşviqlərə rast gəlmək mümkündür: Məsələn, Peyğəmbər təşviq məqsədi ilə öz əmmaməsini həzrət Əlinin başına qoyub və Cəfər Təyyara "Cəfər Təyyar namazını hədiyyə edib. İmam Hüseyn öz övladının müəlliminə min dirhəm ǝta edib. İmam Əli Rza şair De'bələ öz köynəyi ilə birlikdə min "Rəzəvi dirhəmi" bağışlayıb. İmam Musa Kazım öz kəfənindən bir parça kəsib nişapurlu tqvalı xanım Şətitəyə hədiyyə edib.
Vilyam Ceymz (William James) deyir:
"İnsan təbiətində ən dərin maraq təriflənmək yanğısıdır".
Tarixin böyük və dahi şəxsiyyətlərinin çoxu özlərinin müvəffəqiyyət qazanmalarını başqalarının təşviqlərinə borclu biliblər.
Dok. Hüseyn Dehnəvi