Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Nə üçün bəzi yeniyetmələr yaramaz dostlara üz tuturlar?

24 Avqust, 2025 93

Nə üçün bəzi yeniyetmələr yaramaz dostlara üz tuturlar?

     Bu meylin müxtəlif səbəbləri var:
     1. Valideynin xəbərsizliyi: Yeniyetmələrin yaramaz və nalayiq dostlara qoşulmalarının ən mühüm səbəblərindən biri adətən valideynlərin öz övladlarının uşaqlıqda və yeniyetməliyin ilk illərində başqaları ilə əlaqələrindən xəbərsiz olmalarıdır.
     Əgər biz övladımızın həmyaşıdları ilə əlaqələrinə və kimlərlə dostluq etməsinə vaxtında diqqət etsək və ona yaxşı dostun meyarlarını öyrətsək, elə uşaqlıqdan onun dini və mədəni təməlini möhkəmləndirib özünəinam hissi yaratsaq və onu düzgün tərbiyə etsək, yeniyetməlik və həddi-büluğ dövründə bu cür problemlərlə az qarşılaşarıq.
     Yeniyetmənin özünə yaşıd qruplar arasında seçim etməsi onun uşaqlıq dövrünün təcrübələrindən, özünəinam hissinin dərəcəsindən və dini meyillərindən çox asılıdır.
     2. Səhv qohumluq əlaqələri: Yaxın qohumlarla düşünülməmiş səhv əlaqələrin qurulması onun yaramaz dostlara qoşulmasına şərait yaradır. Odur ki, bu kimi əlaqələrdə diqqətli olmaq lazımdır.
     3. Qeyri-münasib mühitlər: Qeyri-sağlam məktəb, məhlə, idman cəmiyyəti və incəsənət dərnəkləri də münasib olmayan dostluqlar üçün təsirli amillərdəndir. Övladınız üçün bu cür mühitlərin seçilməsində diqqətli olun.
     4. Məlumatsızlıq: Bir çox hallarda uşaqlar yaxşı dostların xeyirindən və pis həmyaşıdların ziyanlarından xəbərsiz olurlar. Buna görə də çalışın, xüsusi məqamlarda onları məlumatlandırın. Övladınıza başa salın ki, yaxşı dost onun şəxsiyyətinə müsbət təsir göstərə bilər. Elə bu səbəbdən də İmam Əli buyurur:
     "Yaxşılarla yoldaş ol ki, onlardan olasan".
     Həmçinin ona başa salın ki, pis dost onun da pisliyə bulaşmasına səbəb olacaq və yaramaz həmyaşıdlarına hər nə qədər yaxınlaşsa, pisliyə bir o qədər çox bulaşacaq.
     İngilis atalar sözlərinin birində deyilir:
     "Pis dost murdara bulaşmış it kimidir ki, sənə nə qədər çox yaxınlaşsa, səni daha çox bulaşdıracaq".

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar