Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

İki yaşlı qızım çox inadkardır. Xahiş edirəm, mənə yol göstərin.

08 Oktyabr, 2025 78

İki yaşlı qızım çox inadkardır. Xahiş edirəm, mənə yol göstərin.

     Uşaqların inadkarlığı bir yaşından başlayır və iki yaşında özünün ən yüksək həddinə çatır. İnadkarlıq 6-9 yaş aralarında da güclənir. Uşaqların inadkarlığı müəyyən qədər inkişafın zərurətlərindəndir və müvəqqəti xarakter daşıyır. Buna görə də çox nigaran olmayın. Uşaqların inadkarlığının mənşəyi əksər hallarda mühitdir və çox nadir hallarda (güclü olanda və çox davam edəndə) əsəb problemi ola bilər.
     Hər halda bu rəftarın uşaqda kök salmasının qarşısını almaq üçün yaxşı olar ki, onun azaldılması istiqamətində çalışasınız.

     Səbəblər
     1. Müstəqilliyin sübutu: Sizin övladınız elə yaşdadır ki, öz müstəqilliyini sübut etmək istəyir. Müstəqillik yaratmaq üsullarından istifadə edərək onun bu ehtiyacını aradan qaldırın ki, o da bunu inadkarlıqla sübut etmək məcburiyyətində qalmasın.
     2. Diqqəti özünə cəlb etmək: Bir çox hallarda inadkarlıq diqqəti özünə cəlb etmək məqsədi daşıyır. Buna görə də onun bu rəftarı müqabilində çox hassaslıq göstərməyin və çalışın, inadkarlıq etmədiyi vaxtlarda ona daha çox diqqət edin.
     3. Valideyn tərəfindən sevildiyini sübut etmək: O, xüsusilə başqalarının yanında inadkarlıq edir ki, siz reaksiya verəsiniz və o, başqalarına onu sevdiyinizi sübut etsin. Onun bu səbəbdən inadkarlıq etməsinin qarşısını almaq üçün onu tərifləyin və başqalarının yanında onun müsbət xüsusiyyətlərini deyin.

     Bir neçə tövsiyə
     A. Bu rəftsrı islah etmək üçün əsla zor işlətməyin və təzyiq vasitələrindən istifadə etməyin. Çünki bunlardan istifadə edəcəyiniz təqdirdə onun inadkarlığı daha da güclənəcək.
     B. Onu "inadkar" adlandırmaqdan çəkinin. Çünki bu, təlqin təsiri göstərəcək və onun inadkarlığını daha da gücləndirəcək.
     C. Onun inadkarlıqları müqabilində soyuqqanlılığınızı qoruyun və əsəbləşməyin. Bir çox hallarda uşaqların inadkarlığının əksəriyyəti valideynin əsəbiliyinin əks nəticəsidir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar