Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Üç yaşında qızım var. O, həmyaşıdlarının əşyalarını götürür. Bu problemə qarşı necə davranım?

31 Avqust, 2025 158

Üç yaşında qızım var. O, həmyaşıdlarının əşyalarını götürür. Bu problemə qarşı necə davranım?

     Üç yaşlı uşağın belə işlər görməsi təbiidir. Dörd yaşından aşağı uşaqlarda bu kimi hallara çox rast gəlmək mümkündür. Əlbəttə, bunun dərəcələri fərqli olur. Bu yaşda uşaqlar elə bilirlər ki, hər şey onlarındır. Narahat olmayın və gərginliyi azaltmağa çalışın. Çünki sizin övladınızın tərəf müqabili də uşaqdır və təbii olaraq o da buna bənzər reaksiya verir. Sadəcə siz bu işin uşaq üçün adət halı almasının qarşısını almağa çalışın.
     Bu davranışın güclənməsində bəzi amillər təsirli ola bilər:
     1. Böyüklərdən və həmyaşıdlardan öyrənmək: Bǝzən böyüklər (valideynlər, bacı, qardaş) və həmyaşıdlar hansısa bir əşyanın üstündə bir-biri ilə dava edirlər və bu xüsusiyyət uşağa keçir. Buna görə də siz öz mühitinizi düzəltməyə çalışın.
     2. Başqalarından əməli örnək götürmək: Bəzən həmyaşıdlar, yaxud bacı və qardaş uşaqdan zorla bir şeyi alır və bu işi əməli şəkildə uşağa öyrədirlər. Həmin şəxslərin bu rəftarının qarşısını alın.
     3. Ehtiyac: Uşağınız üçün normal həddə ehtiyac hiss olunan oyuncaq və ləvazimatları alın.

     Bir neçə tövsiyə
     A. Zor işlətməkdən çəkinmək: Uşaq zorla başqasının oyuncağını əlindən alan zaman siz həmin oyuncağı ondan zorla almağa çalışmayın. Çünki bu uşağın daha çox hay-küyünə səbəb olur və həmin əşyaya ziyan dəyməsi ehtimalı artır.
     B. Mülkiyyət hüququnun öyrədilməsi: Öz övladınıza başa salın ki, hər şeyin sahibi o deyil və hər bir oyuncağın və ya əşyanın öz sahibi var.
     C. Fikrin yayındırılması üsulundan istifadə: Bu üsuldan iki yaşından aşağı və təqribən sizin övladınız yaşında olan uşaqlar barəsində istifadə etmək olar. Çalışın, həmişə, xüsusilə qonaqlığa gedən zaman uşağın sevdiyi oyuncaq yanınızda olsun və başqa uşaqların oyuncaqlarını götürmək istəyəndə onun öz sevimli oyuncağını ona göstərin. Bu halda onun fikrinin yayınması ehtimalı böyükdür. Əgər bu baş verməsə, onda onun sevdiyi oyuncağı, onun, oyuncağını əlindən almaq istədiyi uşağa verin. O, əsla belə bir mübadiləyə razı olmayacaq və həmin uşağın oyuncağından əl çəkəcək.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri