Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Hansı amillər yeniyetmələrin cinsi sapıntıya düşmələrinə şərait yaradır?

28 May, 2026 28

Hansı amillər yeniyetmələrin cinsi sapıntıya düşmələrinə şərait yaradır?

Yeniyetmənin cinsi azğınlığı birdən-birə həddi-büluğ dövründə yaranmır və onda əvvəlki amillər də təsirlidir. Həmin amillər aşağıdakılardan ibarətdir:
1. Cinsi yaxınlıqdan qabaq Allahın yada salınması: Əgər kişi ilə qadın cinsi yaxınlıqdan qabaq dillərinə Allahın adını gətirməsələr, Şeytan onların nütfəsinə şərik və gələcək övladlarının yolunu azmasına səbəb ola bilər. Buna görə də tövsiyə edilib ki, kişi ilə qadın cinsi yaxınlıqdan qabaq Allah dərgahından qovulmuş Şeytandan Allaha pənah aparsınlar və Allahın adı ilə başlayaraq belə desinlər:
"Əuzu billahi minǝş-şeytanir-rǝcim, bismillahir-rǝhmanir-rəhim". (Yǝni: Allah dərgahından qovulmuş Şeytandan Allaha pənah aparıram. Rəhman və Rəhim Allahın adi ilə başlayıram.)
2. Uşağın cinsiyyət orqanının oynadılması: Bəzi valideynlər öz oğul, ya qızlarının cinsiyyət orqanına, yaxud qızın bədəninin həssas yerlərinə (buduna, sinəsinə) əllərini sürtür və həmin yerləri sıxırlar. Bu, çox xoşagəlməz bir işdir. Bəzən bu hərəkətlər uşaqla oynayan zaman baş verir ki, ondan çəkinmək lazımdır.
İmam Əli buyurur:
"Ananın altı yaşına çatmış qızının cinsiyyət orqanına toxunması zinanın bir növüdür". (Təbərsi, Məkarimul-əxlaq, s. 115)
3. Uşağın naməhrəm tərəfindən öpülməsi və qucağa götürülməsi: Uşağın ata-ana tərəfindən öpülməsi və qucağa götürülməsi uşağın ruhi inkişafına səbəb olur. Din böyüklərimiz belə davranıblar və buna çox təkid ediblər. Lakin qız uşağının altı, oğlan uşağının isə yeddi yaşından sonra naməhrəm tərəfindən öpülməsi bəyənilən iş deyil.
Həzrət Məhəmməd peyğəmbər (s) buyurur:
"Qız uşağı altı yaşına çatandan sonra oğlan onu öpməsin. Oğlan uşağı yeddi yaşına çatandan sonra qadın onu öpməsin". (Təbərsi, Məkarimul-əxlaq, s. 115)
Buna yaxın mənada digər bir hədis də İmam Cəfər Sadiqdən nəql edilmişdir. İmam Cəfər Sadiq buyurur:
Qız uşağı altı yaşına çatandan sonra sənin onu öpməyin yaxşı iş deyil. (Hürr Amili , Vəsail, c. 5, s. 28)
İmam Əli öpməkdən əlavə, qucağa götürmək məsələsinə də işarə etmişdir.
"Qız uşağı altı yaşına çatandan sonra naməhrəm kişinin onu öpməsi və qucağa götürməsinə icazə yoxdur". (Hürr Amili , Vəsail, c. 5, s. 28)
4. Uşaqların yataqlarının müştərək olması: Uşaqların yatağı bir-birindən ayrı olmalıdır. Yataqların müştərək olması cinsi sapıntıya şərait yaradır. Buna görə də İslam dini müsəlmanları ondan çəkindirmişdir.
Həzrət Peyğəmbər buyurur:
"Uşaqların yatağını on yaşında ayırın". (Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 3, s. 436)
Digər bir hədisdə bu işin altı yaşından edilməsi buyurulmuşdur. (Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 3, s. 436)
5. Uşağın yanında aşiqanə və şəhvani hərəkətlərin edilməsi: Oğlan uşaqları özlərini kişi, qız uşaqları isə qadın kimi göstərmək ruhuna malik olduqları üçün valideyn və ya başqalarının aşiqanə və erotik hərəkətlərini görəndə həmin hərəkətləri öz həmyaşıdları ilə təkrarlayırlar.
Düzdür, həmin hərəkətlər əvvəl cinsi və şəhvani xarakter daşımır və yalnız yamsılamaq məqsədi güdür. Lakin sonradan yavaş-yavaş cinsi xarakter daşıyır və bir sıra sapıntılara səbəb olur.
Yaddan çıxarmayın ki, valideynlərin bir-birinə məhəbbət bəsləməsi (məhəbbəti izhar etmək) aşiqanə hərəkətlərdən fərqlidir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4