Bizimlə əlaqə saxlayın

Sosiologiya

Uşaqların gecələr çətinliklə yatması

10 İyun, 2024

Beş yaşlı övladım gecələr çətinliklə yatır. Bunun səbəbi nədir və onu necə aradan qaldırmaq olar?

     Uşağın axşamlar yatmamasının əsas səbəblərindən biri gündüz çox yatmaqdır. Buna görə də onun gündüz yuxusu üçün rejim yaradın. Qaranlıqdan və ya tənhalıqdan qorxmaq kimi səbəblər də onu vaxtında yatmaqda problemlə üzləşdirə bilər. Ola bilər, o, qorxduğuna görə müxtəlif bəhanələrlə otaq və yatağına gec getməyə çalışsın.
     Bu problemi həll etmək üçün aşağıdakı məqamlara diqqət edin:
     1. Axşam yatmaq üçün vaxt təyin edin. Əlbəttə, bu işdə bir az yumşaq olun və istisna hallarda (atası səfərdən, yaxud işdən qayıdanda, uşağın əmi, dayı və sairə kimi sevdiyi şəxslər qonaq gələndə) onun bir az artıq oyaq qalmasına icazə verin.
     2. Gecə proqramının hazırlanması (dişlərini yumamışdan qabaq ona yeməli şeyin verilməsi, dişlərin fırçalanması, ailə üzvlərinin üzündən öpmək, onlara "gecəniz xeyirə qalsın" demək, uşağın yataq otağına yola salınması, nəvaziş edilməsi, onun üçün nağıl danışılması, mahnı oxunması, xoşu gələn oyuncaqların yatağına aparılması) uşağın yuxusunu daha rahat edir.
     Gecə proqramının uzadılmasından və təkrar edilməsindən çəkinin. Siz təqribən 15 dəqiqə ərzində bu proqramı həyata keçirə bilərsiniz. Proqramın uzanması və təkrarlanmasının qarşısını almaq üçün siz zəngli saatı 15 dəqiqə sonraya qura və övladınıza deyə bilərsiniz ki, saatın səsi gələndə gecə proqramı sona çatır.
     Uşağın nağıl, mahnı və sairənin bir daha təkrar edilməsi istəyinə əsla tabe olmayın. Çünki bu ssenari saatlarla davam edə bilər.
     Uşaq öz yatağından qalxıb sizin otağınıza gələndə onu öz otağına qaytarın və ondan qətiyyətlə yatmasını tələb edin. Əgər ağlasa, onun ağlamasına - probleminin olmasına əmin olduğunuz hal istisna olmaqla - fikir verməyin. Əgər uşağın ağlaması 15-20 dəqiqə davam etsə, onun otağına gedin, qətiyyətlə və ciddi tonla ondan yatmasını tələb edin və sonra onun otağını tərk edin.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri