Bizimlə əlaqə saxlayın

Sosiologiya

Yuxarı sinifdə oxuyan oğlumun dərsində gerilik yaranıb, halbuki onun əvvəllər heç bir problemi olmayıb. Bunun səbəbi nədir?

01 Avqust, 2026 18

Yuxarı sinifdə oxuyan oğlumun dərsində gerilik yaranıb, halbuki onun əvvəllər heç bir problemi olmayıb. Bunun səbəbi nədir?

Dərsdə gerilik dedikdə uşağın təhsil fəaliyyətinin bəyənilən həddən aşağı - münasib olmayan həddə düşməsi nəzərdə tutulur. Bu problemi düzgün həll etmək üçün onun köklərini tapmaq lazımdır. Unutmayın ki, dərsdə geriliyin aradan qaldırılması üçün uşağı sorğu-suala tutmağın, çək-çevir etməyin, hədələməyin, hətta yalvarmağın bir xeyri yoxdur.
Yuxarı sinif şagirdlərinin dərsində gerilik yaranmasının iki ümumi səbəbi olur: 1. Yetkinlik dövrünə aid sıxıntılar (zehnin məşğul olması, zehni enerjinin zəifləməsi, diqqətin toplanmaması). 2. Yuxarı sinifdə çox mütaliəyə ehtiyacın olmaması barədə səhv təsəvvür. Bu iki amilin təsirini azaltmaq üçün onun ruhi sakitliyinǝ şərait yaradın və ona başa salın ki, yuxarı sinifdə yazı tapşırıqları az olur, amma dərslər ixtisas yönümlü aparıldığı üçün onların mütaliəsi azalmamalıdır.
Dərsdə geriliyin bu iki amildən əlavə digər səbəbləri də ola bilər:
1. Mühitin dəyişməsi: İstənilən mühit (ev və məktǝb) dəyişkənliyi geriliyə səbəb olur və mühitə uyğunlaşdıqdan sonra aradan qalxır.
2. Dərsdən geri qalmaq: Ola bilər, övladınız səfər, xəstəlik, depressiya və digər səbəblərdən bir neçə günlük dərsdən geri qalıb. Bunu əlavə hazırlıqların təşkil edilməsi və ya əlaçı həmyaşıdlarının köməyindən istifadə etməklə aradan qaldırmaq olar.
3. İntiqam almaq: Araşdırma aparın, ola bilər, övladınızın hansısa məntiqi və qanuni istəyi olub və siz ona etinasız yanaşmısınız. Bəzən yeniyetmə istəklərinə etinasızlıq göstəriləndə valideyndən intiqam almaq üçün dərslərini oxumur.
4. Həmyaşıdlar: Ola bilər, o, məktəbdə təzə həmyaşıd və dostlarla tanış olub. Onun həmyaşıdlarının dərs oxumaq maraqlarının olmaması ehtimalı da var. Çalışın, yumşaq şəkildə onun həmin şəxslərlə əlaqələrini kəsəsiniz, ya da azaldasınız.
5. Diqqətin toplanmaması: Bəzən psixoloji problemlər, münasib olmayan atmosfer, dar paltar, münasib olmayan (izdihamlı, səs-küylü) yer, münasib olmayan zaman (aclıq və ya çox yemək yeyildiyi zaman) və s. dərsdə geriliyə səbəb olur.
6. Məktəb: Dərs proqramının münasib olmaması, müəllimlərin dəyişməsi, məktəb rəhbərliyinin kobud davranışı, müəllimlərin tədris metodu, sinifin quruluşu, sinifdə şagirdin çoxluğu və s. də şagirdlərin dərsində gerilik yaranmasına təsir göstərir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Oyun - tərbiyənin biləkləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6