Bizimlə əlaqə saxlayın

Sosiologiya

Hansı amillər övladlarımızın özünəinam əldə etmələrinə mane olur və bu maneələri necə aradan qaldırmaq olar?

26 Sentyabr, 2025 72

Hansı amillər övladlarımızın özünəinam əldə etmələrinə mane olur və bu maneələri necə aradan qaldırmaq olar?

     Özünəinama mane olan amillər aşağıdakılardan ibarətdir:
     1. Səhv baxış: Uşağın bacarıq və istedada malik olmadığını düşünməsi özünəinam əldə etməsində ən böyük maneədir. Siz, gərək, onun baxışlarını düzəldə və ona başa salasınız ki, Allah-taala onun vücudunda bir sıra bacarıq və istedadlar yaratmışdır və əlbəttə, ola bilər, bacarıqları onun həmyaşıdlarının və qohum uşaqlarının bacarıqlarından fərqli olsun. Bədbinlik və mənfi fikirlər özünəinama mane olur.
     2. Özünü kiçik saymaq: Övladınızla elə davranın ki, özünü kiçik və dəyərsiz saymasın. Ona heç vaxt "sən bədbəxtsən, biçarəsən, sənin əlindən bir iş gəlmir, bacarıqsızsan, uğur qazana bilməyəcəksən və s." kimi sözlər deməyin. Əksinə, onun müsbət cəhətlərini, xüsusilə cəmiyyət arasında önə çəkin.
     3. Guşənişinlik: Guşənişinlik, həmyaşıd və qohumlarla əlaqələrin zəif olması da özünəinama mane olur. Buna görə də övladınızın yaxşı dost və (xüsusilə özünəinam hissləri yüksək olanlarla) əlaqələrini artırın.
     4. Bağlılıq: Uşağın valideynlərinə bağlılığı nə qədər çox olsa, onun özünəinam hissi bir o qədər aşağı olar. Buna görə də şəxsi işlərində ona sərbəstlik verməklə və məsuliyyət tapşırmaqla (əlbəttə, yaşına uyğun) va onu nəzarətdə saxlamağı azaltmaqla sizə olan bağlılığını azaldın.
     5. Depressiya: Övladınızın depressiyaya düşməsinə səbəb olan amilləri (döymək, üstünə qışqırmaq, hörmətsizlik etmək, ayrı-seçkilik salmaq, başqaları ilə müqayisə etmək, başqalarını onun gözünə soxmaq və s.) aradan qaldırn. Depressiyaya uğrayan uşaq və yeniyetmələrdə özünəinam olmur.
     6. Proqramsızlıq: Proqramsızlıq sizin övladınızı özü nəinam hissindən məhrum edir. Ona özünün qısa müddətli və uzunmüddətli planları üçün proqram hazırlamaqda kömək edin.
     7. Fiziki zəiflik: Fiziki zəiflik də özünəinam yolunda maneədir. Buna görə də övladınızın münasib qida rejiminə, idman etməsinə, kifayət qədər yatmasına diqqət edin ki, bədəni qüvvətlənsin. Bədəninin güclənməsi və ona qayğı uşağın özünü dəyərli şəxs saymasına səbəb olur.
     Övladınızın qida rejiminə təzə meyvələr, çiy və ya bir az bişmiş göyərti daxil edin. Çünki onlar çox tez enerjiyə çevrilir və onun bədənini gücləndirirlər.
     8. Tənbəllik: Özünəinamın ən mühüm maneələrindən biri tənbəllikdir. Övladınızın tənbəlliyini aradan qaldırmaq üçün onun yemək proqramına diqqət edin. Soyuq yeməklərin, həmçinin həddən artıq şirniyyat və qənnadı məhsullarının yeyilməsi (həzm üçün çox enerji tələb etdiyi üçün) bədəni süstləşdirir.
     Tənbəllik və halsızlığın səbəbi bəzən də tibbi olur. Belə ki, qara ciyərin pis işləməsi və ya şişməsi, böyrəyin infeksiyası, vərəm, yaxud hormon pozğunluğu tənbəllik və halsızlığa səbəb olur ki, bu halda həkimə müraciət etmək lazımdır.
     9. Acizlərlə əlaqə: Özünəinam hissinə malik olmayan dost və həmyaşıdlarla ünsiyyət də övladınızın özünǝinam hissinə malik olması yolunda ciddi maneədir. "Özünütəsvir" (self image) insanın vücudunda özü barəsində olan qənaətidir və bu təsəvvürün böyük hissəsini ona başqaları verir. Buna görə də əgər övladınız özünə inamı olan uşaqlarla yoldaşlıq etsə, onlar özünainam hissini ona təlqin edəcəklər. Əgər övladınız acizlərlə yoldaşlıq etsə, onların zəiflik və özlərinə inamsızlıqları ona da təsir edəcək.
     10. Həddən artıq köklük: Nəticəsi namünasib qiyafə olan həddən artıq köklük uşağın özünütəsvirinə mənfi təsir göstərir. Çünki o, daim başqalarının onu çox yeyən və qarınqulu hesab etmələri barədə düşünür. Əgər övladınızda belə bir problem varsa, qida mütəxəssisinə müraciət edərək onun problemini aradan qaldırın.
     11. Pis ad: Övladınıza gözəl ad qoyun. Pis ad onun Özünəinam hissini aşağı salır. Əgər vaxtında ona yaxşı ad qoymamısınızsa, indi onun adını dəyişə bilərsiniz. Həzrət Peyğəmbər uşaqların pis adlarını dəyişdirərdi.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev