Doqquz yaşlı övladım dərs oxumur, tapşırıqlarını yerinə yetirmir. Bunun səbəbi və əlacı nədir?
04 İyun, 2026 21
Doqquz yaşlı övladım dərs oxumur, tapşırıqlarını yerinə yetirmir. Bunun səbəbi və əlacı nədir?
Siz, gərək, bu problemi aradan qaldırmaq üçün "məsələnin həlli" üsulundan istifadə edəsiniz. Belə ki, gǝrǝk, ehtimal edilən səbəbləri nəzərə ala və onları aradan qaldırasınız. Uşaqların dərs problemlərinin müxtəlif səbəbləri var və onlar aşağıdakılardan ibarətdir:
1. Fiziki problemlər: Ola bilər, sizin övladınızın görmə və ya eşitmə orqanlarında zəiflik var, yaxud onda xroniki xəstəlik var. Mütəxəssisə müraciət etmək sizin bu sahədəki nigaranlığınızı aradan qaldıra bilər.
2. Psixoloji problemlər: Ata-ana arasındakı konfliktdǝn, yeni doğulmuş uşağa paxıllıqdan, ayrı-seçkilik və uşağın başqaları ilə müqayisə edilməsindən, danlaq və məzəmmətdən yaranan psixoloji sıxıntılar, şübhəsiz, onun təhsildə irəliləməsinə mənfi təsir göstərir və dərslərini yerinə yetirməsinə mane olur.
3. Öyrənmək problemi: 80 faiz özünü dərs oxumaqda göstərən öyrənmək problemi (learning disorder), yaxud öyrənmək bacarıqsızlığı (learning disability) uşaqların dərs problemləri və tapşırıqları yerinə yetirməmələrinin əsas səbəblərindəndir. Bu problema düçar olan uşaqlar IQ (intellekt göstəricisi) baxımından orta həddən yüksəkdirlər. Buna görə də bəzilərinin təsəvvürünün əksinə olaraq öyrənmədə problemin mövcudluğu əqli gerilik mənasında deyil. Bu cür uşaqların problemi dərketmə, seçmək məharəti, hafizə, eşitmə və görmə ardıcıllığına aiddir və onlar adətən ton və not, mis və sim, ədəd və dədə kimi oxşar sözləri bir-birindən ayırd etməkdə çətinlik çəkirlər.
4. Yorğunluq: Oynamaq və hədsiz fiziki fəaliyyətlə məşğul olmaq yorğunluğa və nəticədə dərs tapşırıqlarının yerinə yetirilməməsinə səbəb olur. Buna görə də bu kimi fəaliyyətlər düşünülmüş və proqram əsasında olmalıdır.
5. Fikir dağınıqlığı: Bəzi uşaqlar tək olanda fikirləri dağınıq olur. Buna görə də elə şərait yaradılmalıdır ki, ya ana uşağın otağında olsun, ya da uşaq tapşırıqlarını ananın iş gördüyü yerdə (məsələn, mətbəxdə) yerinə yetirsin və fikir dağınıqlığı yarananda ana ona kömək etsin.
6. Fövqəladə intellekt: Bəzən (hərçənd ki, çox az hallarda) uşağın yüksək intellekt göstəricisi onun tapşırıqları yerinə yetirməsinə mane olur. Çünki o, tapşırıqların yerinə yetirilməsini uşaq işi sayır. Bu cür uşaqlar üçün müəllimlə razılaşaraq xüsusi proqram hazırlaya bilərsiniz.
Dok. Hüseyn Dehnəvi