Beş yaşlı övladımın şəkil çəkməyə çox böyük həvəsi var. Onun istedadının çiçəklənməsi üçün nə edim?
14 Oktyabr, 2025 48
Beş yaşlı övladımın şəkil çəkməyə çox böyük həvəsi var. Onun istedadının çiçəklənməsi üçün nə edim?
Bu yaş uşağın incəsənət istedadlarının çiçəkləndirilməsi üçün ən yaxşı yaşdır. Çünki onlarda bədii yara-dıcılıq istedadlan beş yaşdan sonra çiçəklənir.
Bu istedadın çiçəklənməsi üçün aşağıdakı məqamlara diqqət edin:
Məktəbə gedənə kimi:
1. Onunla "Uşaq və yeniyetmələrin intellektual inkişafı mərkəzi" arasında əlaqə yaradın.
2. Tərif və təşviq onun istedadlarının çiçəklənməsinə təsir edən ən mühüm amildir. Onu təşviq etməyin ən mühüm növlərindən biri onun çəkdiyi şəkilləri öz otağının, yaxud evin divarından asmaq, tədricən daha yaxşı şəkilləri əvvəlkilərlə əvəz etməkdir. Əgər onun yaxşı şəkillərinin bəzisini çərçivəyə salsanız, bu ona daha çox təsir edər.
3. Onu öz xatirələrini bir rəsm dəftərində çəkməyə həvəsləndirin.
4. Əgər siz özünüz də şəkil çəksəniz, bu onun çalışqanlığını daha da artırar. Bəzən övladınızla birlikdə bir mövzuya aid şəkil çəkin, yəni bir növ şəkil dili ilə söhbət edin.
5. İndi hətta mənasız xətlər çəkmiş olsa belə, onun şəkillərini tənqid etməyin. Onun çəkdiyi şəkilləri digər həmyaşıdlarının şəkilləri ilə müqayisə etməyin.
6. Qoyun, özü sərbəst şəkil çəksin. Sizin onun hansısa bir mövzuda şəkil çəkməsinə təkid etməyiniz onun şəkil çəkməyə olan həvəsini öldürə bilər. Ona rəng seçimində də azadlıq verin.
Məktəbə gedəndən sonra:
1.Onun adını rəsmi rəssamlıq kurslarına yazdırın.
2. Evdə onun şəkil çəkməsi üçün münasib yer ayırın.
3. Onun rəsm çəkməsi üçün lazım olan şəraiti yaradın. Onun üçün molbert, rəssamlığa aid əşyaları saxlamaq üçün futlyar, münasib stol, keyfiyyətli rəngli karandaşlar, mum təbaşir, sulu boya, rəngli təbaşirlər, pastel, müxtəlif ölçülü kağız və kartonlar, kollaj çəkmək (parça, kağız, taxta, plastilin və s. ibarət yapışqan parça) üçün plastilinin tədarük görülməsi istedadının çiçəklənməsində çox təsirlidir.
4. Onun təbiətlə əlaqələrini artırın. Təbiətlə (ağac, gül, su və s.) təmasda olmaq onların daha dolğun çəkilməsində təsirlidir.
5. Rəsm sərgilərinə və muzeylərə getmək, təcrübəli rəssamlarla görüşmək onun rəssamlığa marağını artıracaq.
Dok. Hüseyn Dehnəvi