Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşaqların geyimi

21 Aprel, 2024

Yeni ayaq açmış 15 aylıq övladım var. O, paltar geyinməmək üçün müqavimət göstərərək ağlayır. Bunun səbəbi nədir? Mən onun müqavimətini necə aradan qaldıra bilərəm?

Övladınıza paltar alanda diqqətli olun. Sizin yeni ayaq açmış övladınızın paltar geyinməmək üçün müqavimət göstərməsinin əsas səbəblərindən biri paltarin material, növ və ölçüsüdür. Yeni ayaq açmış uşaq üçün paltar almaq meyarınız mod deyil, paltarın rahatlığı olmalıdır.

  1. Paltarın materialı: Övladınız üçün material baxımından ən münasib paltar təbii saplardan hazırlanmış paltardır. Buna görə də onun üçün böyük hissəsi təbii saplardan toxunmuş paltarlar alın. Bu cür paltarlar uşağın bədən temperaturunun rahat tənzimlənməsinə və onun zehnində soyuq, yaxud istidən acı xatirə qalmamasına səbəb olur. Yaxşı olar ki, uşağın alt paltarı pambıq və ya kətan materialdan olsun ki, onun bədənini incitməsin. Əgər neylon və sintetik maddələrdən hazırlanmış paltarlardan istifadə edirsinizsə, uşağın bədəninin onlara qarşı allergiya verib-verməməsinə diqqət edin.
  2. Paltarın növü: Düyməsi çox olan paltarlar çox vaxt aparır və oynunu bir an belə kəsməyə razı olmayan uşağın buna dözməsi çox çətindir. Buna görə də onun üçün düyməsi az olan paltarlar alın.
  3. Paltarın ölçüsü: Paltar alanda onun ölçüsünə diqqət edin. Yeni ayaq açmış övladınızın paltarı (paltarın özü, yaxası, qolları), gərək, geniş olsun. Dar paltarlar onun əyninə çətin olur və narahatçılığına səbəb olur. Yaxası dar olan paltarlar onun tənəffüsünün qarşısını alır və onda qorxu yaradır. Uşaqlar, xüsusilə bu yaşda olan uşaqlar üçün ən yaxşı paltar rahat geyinilən paltarlardır.

Paltarın sayı, onun dəyişdirilmə vaxtı və necə dəyişdirilməsi də onun müqavimətinin sındırılmasında təsirlidir.

  1. Paltarın sayı: Uşağın əyninə geyindirilən paltarların sayının çox olması istilik yaradır və uşaqda təngənəfəsliyə səbəb olaraq onun zehnində acı xatirə kimi qalır.
  2. Münasib zaman: Siz, gərək, övladınızın paltarını dəyişmək üçün onun halının xoş və münasib olmasına da diqqət edəsiniz. Uşaq oyun oynayanda, yorğun və ac olanda, yaxud yuxudan durandan dərhal sonrakı vaxtlar paltar dəyişmək üçün münasib vaxt deyil. Siz əvvəl onun süd əmmək və bezinin dəyişdirilməsi kimi ehtiyaclarını təmin edin, sonra paltarını dəyişdirin.
  3. Paltarın dəyişdirilmə forması:

A. Uşağın paltarını dəyişdirməmişdən əvvəl onun lazım olan paltarlarını əl altına qoyun və düymələrini açın. Paltarın dəyişdirilmə müddəti hər nə qədər az olsa, onun müqaviməti də bir o qədər az olacaq;
B. Uşağın paltarını dəyişən zaman otağın temperaturunun münasib olmasına diqqət edin;
C. Müqavimət nişanələrini görəndə paltar dəyişməyi bir az təxirə salın;
Ç. Əgər uzanmaqdan xoşu gəlmirsə, onun paltarını ayaq üstə dəyişin;
D. Maraqlı oyuncaqlarla onun başını qatın və ona uşaq şeir və mahnıları oxuyun;
E. Onun çirkli paltarlarını çıxarandan sonra təmiz paltarlarını geyindirməmiş onu nəvaziş edin, öpün, üzünüzü bədəninə sürtün ki, paltar dəyişməkdən həzz alsın. Paltarların sizə bir-bir onun özü tərəfindən verilməsinə icazə verməyiniz də pis olmaz;
Ə. Diqqətli olun və paltarın baş tərəfinin qabağını onun çənəsinə kimi aşağı çəkin ki, onun üzünü və tənəffüsünün qarşısını alıb onu vahiməyə salmasın. Paltarını onun başından aşağı çəkəndə ona "ditdi" deyin. Paltar geyinməyin oyuna çevrilməsi ona maraqlı gələcək;

Barmaqlarınızı paltarın qoluna salın və digər əlinizlə onun əlini barmaqlarınızın arasına istiqamətləndirin və uşağın biləyindən yapışandan sonra paltarı çəkin (uşağın əlini çəkməyin).

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev