Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşaqlarda yatmamağa bəhanə

12 İyun, 2024

Beş yaşlı qızımı otağına salıb yatızdıranda o, müxtəlif bəhanələrlə yerindən qalxır. Bu problemlə necə davranım?

     Onun bu hərəkətinin müxtəlif səbəbləri var:
     1. Yuxu proqramının olmaması: Çox ehtimal ki, o, gündüz çox yatır və buna görə də gecə onu yuxu aparmır və (su içmək, ayaqyoluna getmək, nənəsigilə nə vaxt gedəcəyini soruşmaq, qatarın rels üzərində necə hərəkət etməsi barədə sual vermək, məktəbə nə vaxt gedəcəyini soruşmaq və s. kimi) müxtəlif bəhanələrlə yatağından qalxır. Buna görə də onun gündüz yuxusunu tənzimləyin. Unutmayın ki, gündüz (günorta) yatmamaq ona heç bir ruhi və fiziki zərbə vurmur.
     2. Nigaranlıq: Ola bilər, sizin övladınız nədənsə nigarandır. Övladınız yatanda sizin həyat yoldaşınızla söz-söhbətiniz olubmu? Həmin vaxt siz onun kiçik bacı və ya qardaşı ilə oynayırsınız? Televizorda maraqlı film göstərirlər və onun səsi çox deyil ki? Bu kimi işlər onun dincliyini pozur və nəticədə yuxusu pozulur. Bu na görə də yuxunun pozulmasına səbəb olan bu amilləri aradan qaldırın.
     3. Ruhi boşluq: Əgər övladınızla kifayət qədər oynamamısınızsa və onu ehtiyacı olan qədər qucaqlamamısınızsa, o, yuxuya getməyəcək.
     4. Qorxu: Hər hansı bir qorxunun olması (qaranlıq qorxusu, ayrılıq qorxusu, vaxtında ayıla bilməmək qorxusu və s.) da uşağın yata bilməməsinə və tez-tez yerindən durub problem yaratmasına səbəb olur. Onun yatağının yanında olanda onu qorxduğu şey barəsində danışmağa həvəsləndirin. Onun sizinlə qorxduğu şey barəsində danışması ürəyinin boşalmasına səbəb olur.

     Bir neçə tövsiyə
     A. Uşağın gecə yatması üçün vaxt təyin edin. Əlbəttə, bəzi hallarda (atası səfərdən qayıdanda, dayısı sizə gələndə və s.) güzəştə gedin. (Bu işdə meyar havanın qaralması olmamalıdır. Çünki fəsillərin dəyişməsi ilə havanın qaralması da dəyişir.)
     B. Həyat yoldaşınızla övladınızın yuxu vaxtı barədə qarşılıqlı razılığa gəlin. Bu məsələdə sizin aranızda fikir ayrılığının olması onun vaxtında yatmasına əngəl olacaq.
     C. Yatmaq vaxtına 15 dəqiqə qalmış ona bu barədə xəbərdarlıq edin. Uşaqlara hər hansı bir işdən başqa bir işə keçmək üçün vaxt lazımdır.
     Ç. Uşaq yatmamışdan qabaq gecə proqramını icra edin.
     D. Yaddan çıxarmayın ki, bəzi uşaqların yuxuya getməsi üçün vaxta daha çox ehtiyacı olur. Buna göra də icazə verin, o, yerinin içində də bir az oynasın.
     E. Uşağın başının arxasının, xüsusilə boynunun arxasındakı çökək hissənin masaj edilməsi onu sakitləşdirir və xumarlandırır.
     Ə. Əgər o, yatağından qalxmağa adət edibsə, təşviq vasitəsindən istifadə edin və yatağında 5 dəqiqə qalmağa görə onu mükafatlandırın. Bu zamanı getdikcə artırın.
     F. Onu yataqdan qalxmaq kartları ilə məhdudlaşdırın. Ona 2 dənə kart verin və deyin ki, hər dəfə yatağından qalxanda kartlardan birini sizə verməlidir və əgər yerindən iki dəfədən çox qalxsa, gələn gecə ona kart verməyəcəksiniz.
     G. Gecə proqramını icra edəndən və onun otağından çıxandan sonra onun yatıb-yatmamasını yoxlamaq üçün yenidən onun otağına qayıtmayın. Uşağın sizi görməsi onu yerindən qalxmağa qıcıqlandırır.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev