Bizimlə əlaqə saxlayın

Psixologiya

Övladım məktəbdə xəcalət çəkir və utancaq olduğu üçün kollektiv işlərdə iştirak etmir

27 Oktyabr, 2024

Övladım məktəbdə xəcalət çəkir və utancaq olduğu üçün kollektiv işlərdə iştirak etmir. Utancaqlığın səbəbi nədir və onu hansı yollarla müalicə etmək olar?

     Utancaqlıq bəzi uşaq və yeniyetmələrin ciddi problemlərindəndir. Əgər ona əlac edilməsə, bir növ psixoloji xəstəliyə (ictimai axsaqlığa) çevrilər. Uşaq və yeni yetmələrin istedadlarının çiçəklənməməsinin mühüm amillərindən biri utancaqlıqdır.

     Səbəblər
     1. Valideyndən keçmə: Bəziləri utancaqlığı genetik sayırlar. Bu, təsəvvürün əksinə olaraq, əslində utancaqlıq sonradan valideyndən uşağa keçir. Utancaq valideynlərə tövsiyə edirik ki, bu keçmənin qarşısını almaq üçün məşq və təlqin ilə özlərini müxtəlif səhnələrə daxil etsinlər və utancaqlıqdan çəkinsinlər.
     2. Hədsiz tələbkarlıq: Siz ədəb, nizam-intizam, ibadət, təhsil və sairədə çox tələbkar olsanız, övladınız utancaqlığa məruz qalacaq. Çünki siz onu həmişə işlərini ən yaxşı şəkildə yerinə yetirməyə sövq etmisiniz və indi qorxur ki, birdən fəaliyyət kollektiv olsa və o, bir işə əl atsa, onu ən yaxşı şəkildə yerinə yetirə bilməz. Buna görə də o, dəstəyə daxil olmur və kollektiv fəaliyyətlərdən qaçır. Sizin həddən artıq tələbkar olmağınız da uşaqda belə bir problem yaradır.
     3. Səhv təlqinlər: Təəssüflə qeyd etmək lazımdır ki, bəzən cəmiyyətdə, xüsusilə məktəbdə utancaqlıq ədəb ilə səhv salınır və utancaq uşaq danışmadığı və heç kəsə zərər-ziyanı olmadığı üçün ədəbli adlandırılır. Beləliklə də, onlar bu səhv təlqin ilə uşaqda utancaqlığı daha da artırırlar. Bəzən qızların utancaqlığı da həya ilə səhv salınır, halbuki haya çox bəyənilən sifətdir, utancaqlıq isə bəyənilən sifət sayılmır. Qızlar həya ilə ictimailiyə bir yerdə malik ola bilərlər.

     Müalicə yolları
     A. Təzyiq və tələbkarlığı azaldın və övladınıza nisbi azadlıq verin.
     B. Övladınız səhv edəndə onun səhvini gülərüzlə qarşılayın ki, səhv etməkdən qorxmasın.
     C. Qonaqlıqlarda və ev işlərində ona məsuliyyət - məsələn, hansısa nömrənin telefon qovşağından öyrənilməsi, bələdiyyədən sual soruşulması, bilet bacalarından bilet almaq və s. kimi vəzifələr tapşırın.
     Ç. Başqalarının yanında onun müsbət xüsusiyyətlərini dilə gətirin.
     D. Onun həmyaşıdları ilə əlaqələrini adiləşdirin və daha fəal edin.
     E. Ona qəhrəmanı utancaq olsa da, böyük və kollektiv işlər görən teatr proqramlarını izləmək şəraiti yaradın.
     Ə. Onun məktəbin teatr proqramlarında iştirak et məsinə, teatrda sadə və danışmayan rol (məsələn, gözətçi rolu) oynamasına və kollektiv fəaliyyətlərdə iştirakına şərait yaradın.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6