Bizimlə əlaqə saxlayın

Psixologiya

Altı yaşlı oğlumda odla oynamağa böyük həvəs var. Onun bu rəftarının təhlükəli olmasını nəzərə alaraq nə tövsiyə edirsiniz?

09 İyun, 2025

Altı yaşlı oğlumda odla oynamağa böyük həvəs var. Onun bu rəftarının təhlükəli olmasını nəzərə alaraq nə tövsiyə edirsiniz?

     Uşaqlar daha çox bu yaşlarda (6-7 yaşlarda) odla oynayır və ona maraq göstərirlər. Bu yaşda uşaqların odla oynaması daha çox böyükləri yamsılamaq və maraq hissini yatırmaq məqsədi daşıyır. O, böyüklərin həmişə yemək bişirmək, çay dəmləmək, siqaret və trubkanı yandırmaq üçün oddan istifadə etdiklərini görür və onu təcrübədən keçirmək istəyir.
     Onun özünün bu marağını öldürməsi üçün öz yanınızda ocaq və ya şamı yandırmasına icazə verin. Əgər onun bu hərəkəti artsa və davam etsə, bu onun ruhi probleminin olmasının əlaməti ola bilər.
     Bu hərəkətə fiziki cəzaya məruz qalan uşaqlarda daha çox rast gəlmək mümkündür. Buna görə də əgər onunla belə davranırsınızsa, bu davranışınızı da yandırın.
     Hər halda problemin həll olunduğuna əmin olmayınca, övladınızı tək qoymayın və onu kəskin reaksiya və həssaslıq göstərmədən (amma ciddi şəkildə və qətiyyətlə) bu işdən çəkindirin. Çünki bu iş çox təhlükəlidir və onun odla oynamasının faciə ilə nəticələnməsi ehtimalı var.
     Od yandırmaq vasitələrini (kibrit və alışqanı) onun əli çatan yerlərdən uzaq saxlayın və onu ehtimal olunan təhlükələrdən xəbərdar edin.
     Öncə qeyd edilən üsullardan əlavə, ona həm də yanan kibrit çubuğu xalçanın, yaxud yana bilən digər əşyanın üstünə düşəndə alovu yorğan və ya parça ilə necə söndürmək qaydasını öyrədin.

Dok. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri