Uşaqlar daha çox hansı yaşda və hansı şəraitdə öz cinsiyyət orqanları ilə oynayırlar? Onları bu işdən çəkindirmək lazımdırmı? Əgər çəkindirmək lazımdırsa, onun bu hərəkətinin qarşısını necə almaq olar?
26 Mart, 2026 38
Uşaqlar daha çox hansı yaşda və hansı şəraitdə öz cinsiyyət orqanları ilə oynayırlar? Onları bu işdən çəkindirmək lazımdırmı? Əgər çəkindirmək lazımdırsa, onun bu hərəkətinin qarşısını necə almaq olar?
Uşaqlar adətən onlara bağlanan bezdən çıxandan sonra (maraq üçün) öz cinsiyyət orqanları ilə oynayırlar.
Bəzən uşağın bu hərəkətinin səbəbi fiziki problemlər (cinsiyyət orqanının dərisinin quruluğu, yaxud qaşınması və göynəməsi) olur.
Bəzən isə stress uşağın bu işi görməsinə səbəb olur və o bu yolla sakitlik əldə edir.
Ümumilikdə bu hərəkət çiməndə, şıltaqlıq edəndə, yorğun olanda, hövsələsiz olanda, maşınla yol gedəndə, (məktəb yaşlı uşaqlarda) dərs oxuyanda daha çox baş verir.
Siz, gərək, onu bu işdən çəkindirəsiniz. Çünki Əgər onun cinsiyyət orqanını oynatması davam etsə, o, təbii olaraq bundan ləzzət alacaq və bu ləzzət hissi onu gələcəkdə (cinsi meyilləri oyanan vaxt) cinsi sapıntıya sövq edə bilər.
Bu kimi hallarda siz çalışın, fikri yayındırmaq üsulundan istifadə edərək, yaxud uşağın əlini məşğul edərək onu bu işdən yayındırın.
Diqqət edin, əgər o bu işi sakitləşmək üçün edirsə, iztirab yaradan amilləri aradan qaldırmaqla onun ruhi sakitliyini təmin edin.
Dr. Hüseyn Dehnəvi