Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşaq özü öz stressinə səbəb ola bilərmi?

08 Sentyabr, 2025 42

Uşaq özü öz stressinə səbəb ola bilərmi?

     Uşaqda stress yaranmasına bəzən başqaları (valideynlər, məktəb, kütləvi informasiya vasitələri və s.) səbəb olur, bəzən də uşaq özü özündə stress yaradır.
     1. Proqramsızlıq: Bazar günü, yaxud hansısa başqa bir tətil günü uşaq səhər açılandan oynayıb, televizora baxıb, digər işlərlə məşğul olub və indi gün sona çatıb və o, məktəb tapşırıqlarını yerinə yetirməyib, sabah verəcəyi imtahana hazırlaşmayıb, şəxsi təmizlik işlərini (çimmək, dırnağını tutmaq, saçını düzəltdirmək və s.) görməyib. Həmçinin evdə görməli olduğu işlər (çörək, göyərti və s. almaq) də qalıb. Buna görə də o, stressə məruz qalır. Çünki o, həm evdə, həm də məktəbdə cavabdehlik daşıyır.
     Bu halın qarşısını almaq üçün valideyn münasib fürsətlərdə yumşaq və planlaşdırılmış şəkildə proqramlarını onun yadına salmalı, uşaq belə bir vəziyyətə düşəndə ona yerinə yetirilməmiş işlərində kömək etməlidir ki, bu stress aradan qalxsın.
     Məsləhət görürük ki, uşağın öz köməyi ilə onun yerinə yetirməli olduğu bütün işləri əhəmiyyətinə görə siyahıya alasınız və həmin gün görülməyəcəyi təqdirdə elə də problem yaranmayan işləri siyahının axırına yazasınız və sonra övladınızdan sadə işlərdən başlamasını tələb edəsiniz. Təbii ki, o, bir iş görəndən sonra əhval-ruhiyyəsi yüksələcək, çaş-başlığı gedəcək və hər işi yerinə yetirdikcə onun iztirabı azalacaq.
     2. Məsuliyyət qəbul etmək: Bəzən uşaq öhdəsinə hansısa məsuliyyəti götürməklə özünün stressə düşməsinə şərait yaradır. O bu işin öhdəsindən gələ bilib bilməyəcəyinə görə narahat olur. Bu zaman valideyn və müəllimlər özlərinin düşünülmüş rəftarları ilə onun stressinin azalmasına müsbət təsir göstərə bilərlər. Belə ki, onlar uşağa öhdəsinə götürdüyü məsuliyyətin məşq xarakterli olmasını və onların ondan həmin işin öhdəsindən tam gəlməsini gözləmədiklərini izah edə bilərlər.
     Valideynlər özlərinin uşaqlıq xatirələrini və öhdələrinə qoyulan məsuliyyətlərin öhdəsindən gələ bilmədiklərini, yaxud həmin məsuliyyətin öhdəsindən tədricən gəlmələrini danışmaqla uşağın stressinin azalmasına təsir göstərə bilərlər. Uşağa "mən sənin bu işdə uğur qazanacağından tam əminəm" kimi cümlələrin deyilməsinin özü stress yaradır.

Dok. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri