Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşağı süddən ayırmaq

05 Mart, 2024

Övladımı süddən necə ayırım? Xahiş edirəm, mənə bir yol göstərin.

Bu işə başlamazdan əvvəl aşağıdakı bir neçə məqama diqqət edin:

  1. Bu işin uşağın stresli və psixoloji gərginlik keçirdiyi vaxtlarla (ayaqyoluna getməyin öyrədilməsi, yataq otağının ayrılması, mənzilin dəyişdirilməsi, qorxu və s.) eyni zamanda görülməsindən çəkinin.
  2. Uşağı süddən ayırmaq üçün onu qoyub səfərə çıxmaqdan çəkinin. Bu davranış uşaqda psixoloji gərginlik və sıxıntı ilə nəticələnəcək.
  3. Uşağın süddən ayrılmasının mənası onun ana ilə ruhi bağlılıqlarının kəsilməsi deyil. Buna görə də onunla ruhi bağlılıqlarınızı nəinki kəsməli və azaltmalı, əksinə, onun miqdarını çoxaltmalısınız.
  4. Gərək, ata da uşaqla ruhi bağlılığını artırsın ki, süddən ayrılmaqdan yaranmış ruhi boşluğun yeri dolsun.


Süddən ayırmağın yolları
Bu istiqamətdə ən yaxşı üsul tədrici üsuldur. Əvvəl günortadan sonra saat altıda olan əmizdirmə proqramını ləğv edin. İki gündən sonra səhər saat on üçün olan əmizdirməni ləğv edin. Bunu bir-iki həftə davam etdirin. Bundan sonra günorta saat ikiyə olan südverməni ləğv edin. Dörd gün sonra axşam saat on üçün olan əmizdirməni ləğv edin. Dörd gündən sonra da sübh saat altıya olan əmizdirməni ləğv edin.
Əmizdirmə saatlarında süd və ya meyvə suyunu öz südünüzlə əvəz etməyi unutmayın. Uşaq müqavimət göstərəndə və ya fincana maraq göstərməyəndə şüşədən istifadə etməyin eybi yoxdur. Yaxşı olar ki, bir müddət əmizdirmə saatlarında onun başını qatasınız ki, çox əziyyət çəkməsin.
Südverməni dərhal kəsməyə məcbur olduğunuz hallarda maye qəbul etməyin, döşlərinizi möhkəm bağlayın, onların üstünə buz kisəsi qoyun və əlinizlə, yaxud südsağan alətlə onun südünü sağın.


Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri