Bizimlə əlaqə saxlayın

Psixologiya

Oğlumun səkkiz yaşı var. O, həddən artıq çox xəyalpərəstlik edir. Bunun səbəbi nədir və bu ifrat xəyalpərəstliyin qarşısını almaq üçün nə etmək lazımdır?

02 Oktyabr, 2025 65

Oğlumun səkkiz yaşı var. O, həddən artıq çox xəyalpərəstlik edir. Bunun səbəbi nədir və bu ifrat xəyalpərəstliyin qarşısını almaq üçün nə etmək lazımdır?

     Uşaqların ifrat xəyalpərəstliyinin müxtəlif səbəbləri var:
     1. Psixoloji sıxıntılar: Valideynlər arasındakı konfliktdən, yaxud ailədə ikinci uşağın dünyaya gəlməsindən və s. yaranan psixoloji sıxıntılar gerçəklik aləmini onun üçün qaranlıqlaşdırır və onu gerçəklik aləmindən qaçmaq üçün xəyalpərəstliyə sövq edir.
     2. Ehtiyacların təmin olunmaması: Onun fiziki (yemək, geyim, oyuncaq) və ruhi ehtiyaclarının (məhəbbət və qayğı göstərilməsi) təmin edilməməsi onu xəyalpərəstliyə tərəf çəkir ki, həmin şeylərə xəyalında çatsın.
     3. Məhrumiyyət: Uşağın həvəsi olan şeylərdən (park, kino, oyun şəhərciyi), həmçinin qohum-əqrəba və həmyaşıdlarla görüşməkdən məhrum edilməsi ifrat xəyalpərəstliyin yaranmasına səbəb olan mühüm amillərdəndir. İmkan daxilində onun maraqlarına diqqət edin.
     4. Tənhalıq: Əgər onun qardaş və ya bacısı yoxdursa, həmyaşıdları ilə əlaqələrini artırın.
     5. Bekarçılıq: Müxtəlif proqramlarla onun bekarçılığının qarşısını alın. Televizora baxmaq (gün ərzində təqribən 1 saat), şəkil çəkmək, mütaliə etmək (əlbəttə, xəyalı dastanlar yox), həmyaşıdları və ya sizinlə oynaması, həm əl, həm də zehnin birlikdə işləməsini tələb edən oyunlar (kompüter oyunları, söz oyunları və s.) onu məşğul edir və xəyalpərəstlikdən uzaqlaşdırır.
     6. Güclü rəqabətlər: Məktəbdə şagirdlər arasında, yaxud qohum həmyaşıdlar arasında rəqabətlərin şiddətlənməsi də onu xəyalpərəstliyə sövq edir.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4