Bizimlə əlaqə saxlayın

Psixologiya

Səkkiz yaşlı oğlum həmişə özünə “mən pisǝm” deyir. Bunun səbəbi nədir və mən onunla necə davranmalıyam?

02 Sentyabr, 2025 337

Səkkiz yaşlı oğlum həmişə özünə “mən pisǝm” deyir. Bunun səbəbi nədir və mən onunla necə davranmalıyam?

     Təqribən bir ay onun bu sözünə əhəmiyyət verməyin, həssaslıq göstərməyin. Çünki ola bilər, o bu sözü diqqəti özünə cəlb etmək üçün deyir. Bununla yanaşı, aşağıdakı ehtimal edilən səbəblərə də diqqət edin:
     1. Kənardan edilən mənfi təlqin: Hər bir uşağın özü barədə bir qənaəti var ki, ona "özünütəsvir" (self image) deyilir. Bu təsəvvürün böyük bir hissəsini onda başqaları yaradır. Ola bilər, uşağın ətrafında olanlar, xüsusilə valideynləri onu çox danlayır və ona mənfi rol verirlər. Bu rəftar onda özü barədə mənfi təsəvvür yaranmasına səbəb olur və o özünü pis və mənfi xarakterli adam hesab edir. Əgər belə bir şey varsa, öz davranışınızı düzəldin.
     2. Günah hissi: Ola bilər, o, hansısa əməlinə, xüsusilə öz nəzərində günah sayılmayan hansısa bir hǝrǝkətinə görə (məsələn, cinsi məsələlərlə çox maraqlandığı üçün) çox danlanır. Çox danlanmaq uşaqda günah hissinin yaranmasına səbəb olur və özü barəsində mənfi baxış yaradır. Onu çox danlanmaqdan çəkinin.
     3. Uğursuzluq (güclü məhrumiyyət): Həyatda güclü məhrumiyyət (məsələn, valideyn sevgisindən məhrum olmaq), təhsildə uğursuzluq və s. uşağın özünə inam hissini əlindən alır və onun özünü dəyərsiz adam hesab etməsinə səbəb olur. Çalışın, evdə sağlam mühit yaratmaqla və münasib davranışla onun itirilmiş özünəinam hissini geri qaytarın.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4