Bizimlə əlaqə saxlayın

Psixologiya

Ərköyünlük dedikdə nə nəzərdə tutulur?

14 Mart, 2024

Uşağın ərköyünlüyü dedikdə nə nəzərdə tutulur və uşaq nə vaxt ərköyünləşir?

Uşaq qucağa götürmək, öpmək, ağlamasına müsbət cavab vermək və hətta nazlanmaqla ərköyünləşmir və bu davranışlar onun məmnunluğuna, şadlığına, ruhi sağlamlığına və özünə inam hiss etməsinə səbəb olur.
Uşağın ərköyünlüyünün səbəbi sevgi göstərmək və oynamaqda ifrata varılması və onun daim diqqət mərkəzində saxlanılmasıdır. Tövsiyə edirik ki, uşağın həyatının ilk iki ayında ona cismi narahatlıq, qarın sancilan, köp və sairəyə görə tam və durmadan diqqət edəsiniz. Lakin üçüncü aydan sonra bir az əl saxlayın. Çün ki uşağın fiziki narahatlıqları qismən aradan qalxır və ola bilər, onun ağlaması ilk iki ayın xoş xatirələrini təzələmək - ananın onu qucağına alıb gəzdirməsinə görə olsun.
Uşağın fiziki probleminin olmadığına əmin olduqdan sonra onun qucağa götürülüb gəzdirmək üçün ağlamasına təslim olmayın. Bu halda siz onun yanına uzana və onu nəvaziş edərək və lay-lay deyərək yatızdıra bilərsiniz.
Uşağın ərköyünlüyünün əlaməti onun kobudluq etməsi, hər şey üçün qışqırması, qeyri-məntiqi və ifrat istəkləri, başqalarının və həmyaşıdlarının hüquqlarına hörmətsizlik göstərməsi, (hərtərəfli təmin olduğu üçün) inhisarçılıq, özünə arxalanmamaq və müstəqilliyinin olmaması, ictimai mühitlə uyğunlaşmamaq, qarşıya çıxan hadisələrlə qarşılaşanda zəiflik və sairədir.

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz