Mən özünəinam hissi zəif olan bir anayam. Özünə inam hissinin zəif olmasının genetik olaraq övladıma da keçməsi ehtimalı varmı?
15 Sentyabr, 2025 91
Mən özünəinam hissi zəif olan bir anayam. Özünə inam hissinin zəif olmasının genetik olaraq övladıma da keçməsi ehtimalı varmı?
Özünəinam hissinin zəif olması genetik deyil, lakin keçicidir. Yəni sizin bu zəifliyi (gen ilə deyil) öz rəftar və davranışınızla övladınıza keçirmək ehtimalınız var, ola bilər ki, bu zəiflik sizə də başqalarından (ata, ana və s.) keçib. Buna görə də bu fikirlə (özünəinam hissinin zəif olmasının genetik olması fikri ilə) mübarizə aparın. Çünki əgər sizin övladınız da bu fikrə inansa, daha özünəinam hissini gücləndirmək istiqamətində heç bir iş görməyəcək, sadə iş və kiçik hədəflərlə qane olacaq.
Özünəinam hissinin zəif olması genetik olmadığı kimi, onun güclü olması da genetik deyil. Özünə inanaraq böyük işlərə girişən və uğur qazanan uşaqlar öz bacarıqlarını genetik əldə etmirlər. Onların bu özünə inamına digər amillər səbəb olur.
Məşhur terapevt Vircinia Satir deyir:
"Mənim nəzərimcə, dəyərlilik hissini yaradan gen yoxdur və bu hiss sonradan əldə edilir".
Dok. Hüseyn Dehnəvi