Uşaqların oynamağa böyük həvəslərinin olduğunu nəzərə alaraq ondan uşaqlarda məsuliyyət hissi yaratmaq üçün istifadə etmək olarmı?
Bəli, uşaqlar, xüsusilə yeddi yaşdan aşağı uşaqlar barəsində bu məqsədlə oyundan istifadə etmək olduqca təsirlidir. Siz uşaqlarda məsuliyyət hissi yaratmaq üçün maraqlı oyunlardan istifadə edə bilərsiniz.
1. Yerə səpələnmiş əşya və oyuncaqların yığışdırılması üçün yarış təşkil etmək və bu işdə kimin rekord əldə edəcəyini müəyyənləşdirmək üçün vaxtı ölçmək;
2. Uşaqla robot roluna girib, bir-birini kökləyib əşyaların toplanması;
3. Səyyar satıcı rolunu oynamaq və əşyaların alınması;
4. Oyun şəhərciklərində olan karusel atı rolunu oynamaq və hər dəfə qalxıb enəndə yerdən bir şeyi götürmək;
5. Mahnı oxuyan oyuncaqlardan birini işə salmaq və o, mahnını oxuyub qurtarana kimi oyuncaqları yığışdırıb səliqəyə salmaq.
6. Yatmaq vaxtı oyuncaqların öz istirahət yerlərində yatızdırılması;
7. "Bax və de" oyunu oynamaq. Belə ki, siz bir dəqiqə ərzində uşağın otağında yerə tökülmüş oyuncaqlara baxırsınız, sonra övladınız onları yığışdırır və siz onun hansı əşya, yaxud oyuncaqları götürdüyünü deyirsiniz.
8. Digər oyuncaqların daşınması üçün oyuncaq maşından istifadə;
9. Qızılaxtaran cihaz rolunu oynayaraq otaqda olan xırda-xuruş əşyaların yığışdırılması;
10. Gigiyena nəzarətçisi rolunu oynayaraq otaqdakı zir-zibillərin yığışdırılması;
11. Səhər yeməyi və ya şamın gətirilməsi üçün öv ladınıza ofisiant rolunun verilməsi;
12. Paltarı tərsinə çevirmədən əyindən çıxarmaq oyunu. Oyun və əyləncədən istifadə edərək uşaqda məsuliyyət hissinin yaradılması azyaşlılara aiddir və bu, bir müddət sonra oyun formasından iş şəklinə düşür.
Dr. Hüseyn Dehnəvi