Bizimlə əlaqə saxlayın

Psixologiya

On beş yaşlı qızım daim xəyalpərəstlik edir. Görəsən, onun hansısa problemi var?

03 Oktyabr, 2025 57

On beş yaşlı qızım daim xəyalpərəstlik edir. Görəsən, onun hansısa problemi var?

     Xəyalpərəstlik yeniyetmə qızlarda oğlanlardan daha çox olur. Əgər onun xəyalpərəstliyi azdırsa, narahat olmağa dəyməz və bu onu bədii yaradıcılığa (şeir və şairliyə, yazıçılığa, rəssamlığa və s.), memarlıq və mühəndislik sahələrində yeniliklərə, texniki ixtiralara, elmi kəşflərə sövq edə bilər. Bundan əlavə, o, hisslərin boşaldılması və nəticədə rahatlıq əldə etmək üçün bir yoldur. Məsələn, o, birinə qarşı kin hiss edəndə həmin şəxsdən intiqam almağı xəyalına gətirməklə öz narahatlığının dərəcəsini azaldır, çatmadığı arzu və istəklərini xəyalında təmin etməklə özünü sakitləşdirir. Çünki xəyalpərəstlik uğursuzluqlarla mübarizə aparmaq üçün müdafiə mexanizmidir. Amma daim - onun həyat və dərs proqramını pozacaq qədər xəyalpərəstlik edirsə, deməli, onun hansısa problemi var və o, aradan qaldırılmalıdır.
     Yeniyetmənin çox xəyalpərəstlik etməsi gerçəkliklərin dərk edilməsinə mane olur və o onları olduğu kimi dərk edə bilmir. Nəticədə o, yeniyetmənin öz ətraf mühiti ilə normal əlaqə yaratmasına mane olur. Bundan əlavə, o, xəyal aləmindən çıxıb gerçək aləmə daxil olanda problemləri olduğundan daha böyük və daha pis görür və bunun da nəticəsində stress və ümidsizlik yaşayır. Buna görə də onun bu rəftarının səbəblərini tapmağa və onları azaltmağa çalışın.
     Yeniyetmələrin xəyalpərəstliyinin mühüm səbəbləri aşağıdakılardan ibarətdir:
     1. Psixoloji problemlər: Valideynlər arasındakı konfliktdən, ailənin dağılmasından, fiziki cəzaya məruz qalmaqdan, ayrı-seçkilikdən, başqası ilə müqayisə olunmaqdan və s. yaranan psixoloji sıxıntılar yeniyetmələrin ifrat xəyalpərəstliyinə səbəb olan əsas amillər dəndir. Odur ki, bu problemləri aradan qaldırın.
     2. Uğursuzluqlar: Təhsildə, dost tapmaqda, arzu və istəklərə çatmaqda uğursuzluğa məruz qalmaq yeniyetməni xəyalpərəstliyə sövq edir. Onun uğur qazanmasına şərait yaradın və imkan daxilində arzularına çatdırın.
     3. Bekarçılıq: Yeniyetmənin bekar olması onun xayalpərəstliyini gücləndirir. Buna görə də ona məsuliyyət tapşırmaqla və gərgin iş proqramı hazırlamaqla onun bekarçılığının qarşısını alın. Yeniyetmənin dərs və qeyri-dərs proqramının gərgin olması yaxşıdır.
     Yeniyetməni cinsi sapıntılara sövq edə bilən səhv xəyalpərəstliklərin geniş yayılmış vaxtlarından biri yeniyetmənin yatmamışdan qabaq və yuxudan durandan sonra yataqda qaldığı zamandır. Yeniyetmənin proqramlarının gərgin olması və onun gərgin proqram nəticəsin də yorğun olması həmin imkanı onun əlindən alır.
     4. Ədəbiyyata qərq olmaq: Ədəbiyyata (şeir və romana) böyük həvəsi olan və onda qərq olan yeniyetmənin xəyalpərəstliyə meyil etməsinə daha çox ehtimal var. Buna görə də onu qaydaya salın.
     Hekayə və romanyazma məşğələləri kurslarına getmək onun xəyalpərəstliyini düzgün səmtə istiqamətləndirə və ondan bəhrələnə bilər. Lakin bu işdə ifrata varılmamalıdır.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6