Bizimlə əlaqə saxlayın

Psixologiya

Oğlum yeni dünyaya gəlmiş qardaşı ilə pis davranır

24 Oktyabr, 2024

Beş yaşındakı oğlum yeni dünyaya gəlmiş qardaşı ilə çox pis davranır. Bunun səbəbi nədir və bu problemin qarşısını necə almaq olar?

     Bunun səbəbi beş yaşdan aşağı olan və aralarındakı yaş fərqi üç ildən az olan uşaqlarda ailənin ikinci övladına qarşı çox müşahidə edilən güclü paxıllıqdır. (Altı yaşdan sonra uşaq öz həmyaşıdları ilə hazırlıq kursları və məktəbdə daha çox ünsiyyətdə olduğu üçün paxıllıq hissi azalır, amma tam aradan qalxmır.)
     Kaş, ikinci övlad doğulmamışdan birinci övladınızı bu işə hazırlayaydınız. Əgər bunu etməmisinizsə, sizin indiki davranışınız mühümdür. Düşünülməmiş davranış ikinci övladdan qorxulu bir rəqib yarada və mənfi nəticələr verə bilər. Düzgün davranış isə birinci uşağın paxıllığını azaldacaq.

     Bir neçə tövsiyə
     1. Həm özünüz, həm də yaxınlarınız ikinci uşağ (xüsusilə birinci uşağın yanında) az diqqət edin. 
     2. Əgər övladlarınızı öpmək istəyirsinizsə, əvvəl böyüyü, sonra isə yeni doğulmuş uşağı öpün.
     3. Böyük övlada iş tapşırmaqla onun böyüməsi hissini gücləndirin. Sizin övladınız kiçik qardaşının (süd şüşəsinin, hamam ləvazimatının, geyiminin gətirilməsi, ona baxmaq kimi) bəzi işlərini öz öhdəsinə götürmək istəyir.
     4. İcazə verin bəzən təhlükə olmayan yerlərdə qardaşını qucağına götürsün.
     5. Çalışın, körpəyə onun yanında süd verilməsin. Ana ikinci uşağa süd verəndə birinci uşaqların paxıllığı ən yüksək həddə olur.
     6. Ola bilər, o sizə desin ki, səhər yeməyi zamanı içməli olduğu südü körpənin şüşəsi ilə içmək istəyir. Bu halda müqavimət göstərməyin. Çünki süd onun ağzına az-az getdiyi və şüşənin başında olan rezində bir cür dad olduğuna görə bu əməli davam etdirməyəcək.
     7. Ata evə gələndə əvvəl ikinci uşağın yanına getməsin, əksinə, bir neçə dəqiqəsini birinci uşaq ilə keçirsin, sonra ikinci uşağına diqqət etsin (yaxşı olar ki, balaca uşağın kefini böyükdən soruşmasın).
     8. Əgər kiçik qardaşını vursa, onunla kobud davranmayın, amma tam qətiyyətlə bildirin ki, onun körpəyə xəsarət yetirməsinə icazə vermirsiniz.
     9. Əgər kiçik qardaşından şikayət etmək istəsə, icazə verin sözünü desin. Onun öz hisslərini boşaltmağa çox böyük ehtiyacı var.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6