Mənim 8 yaşlı oğlum dost tapmaqda zəifdir, bir dost tapanda da onu çox tez itirir.
28 Avqust, 2025 175
Mənim 8 yaşlı oğlum dost tapmaqda zəifdir, bir dost tapanda da onu çox tez itirir.
Dost tapmaqda övladınızın seçiminə hörmətlə yanaşın. Onu heç vaxt başqa uşaqla dost olmağa məcbur etməyin. Ona dost tapmaqda bacarıqsız olduğunu təlqin etməyin, "fərasǝtsiz" deməyin.
Uşağın dost tapmasına şərait yaratmaq üçün aşağıdakı yollardan istifadə edin:
1. Öz yaxınlarınızla əlaqələri daha da artırın ki, uşaq öz ruhuna uyğun dostlar tapmaq üçün daha geniş imkanlar əldə etsin.
2. Müxtəlif münasibətlərdə onun sinif yoldaşlarının hamısını, yaxud bəzisini öz evinizə dəvət edin.
3. Onu məktəbin divar qəzetinin hazırlanması, mərasimlərin təşkili, teatr səhnələrinin hazırlanması, gǝzinti səfərləri kimi dərsdənkənar və kollektiv tədbirlər də iştirak etməyə həvəsləndirin.
4. Uşağın idman, bədii incəsənət və s. kurslarına yazılması onun dost tapmasına şərait yarada bilər. Əlbəttə, gərək, həmin mühitlərin sağlamlığına diqqət edəsiniz.
5. Yaxınlarınızdan birinin övladınızla yaşıd uşağının həftəsonu tətillərin sizin evinizdə və ya qısamüddətli səfərdə keçirilməsi üçün dəvət edilməsi, övladınızda həmin uşağa qarşı rəğbət yaranmasına və onunla dostlaşmasına səbəb ola bilər.
Övladınız dostu ilə uyuşmadığı təqdirdə həssaslıq göstərməyin. Öz dostu ilə birtərəfli əlaqə qurmaq və çox asanlıqla küsmək 4-8 yaşlı uşaqların xasiyyətidir. Bu yaşda uşaqlar bir-biri ilə bu gün ən səmimi dost olurlar, sabah qanlı düşmən. Onlar davranışlarının dostlarına necə təsir göstərməsinə elə də əhəmiyyət vermir və dostluğu geniş və davamlı əlaqə kimi görmürlər.
Uşaqda dost ilə uyğunluq yaratmaq üçün özünüz yaxşı örnək olmağa çalışın və boş yerə dostlarınızla əlaqəni kəsməyin. Uşağınızın ixtiyarında daha çox yemək qoyun ki, ondan öz dostları ilə birlikdə müştərək istifadə etsin.
Əhvali-ruhiyyəsinin yüksək olduğu hallarda yumşaq dillə ona dost ilə yaxşı davranmağı öyrədin və yaxşı dostun dəyərini izah edin ki, dostu olmayan insanın qərib olduğunu bilsin.
Həzrət Əli buyurur:
"Qərib, dostu olmayan şəxsdir".
Övladınızın dostluğu davam edəndə onu təşviq etməyi və tərifləməyi yaddan çıxarmayın.
Dok. Hüseyn Dehnəvi