Psixologiya
Nəcis ifrazını saxlaya bilmək qabiliyyəti
23 Mart, 2024
Övladlarımız hansı yaşa kimi nəcis ifrazını saxlaya bilmək qabiliyyətinə malik olmalıdırlar və bunu edə bilməmələri hansı yaşdan sonra narahatedicidir?
Əksər uşaqlar üç yaşlarına kimi nəcislərini saxlaya bilmək qabiliyyəti əldə edirlər və bu yaşdan sonra özlərini bəzən bulaşdırmaları da narahatedici deyil. Çünki bunu tam öyrənib adət etmək zaman tələb edir. Hətta uşaq bunu öyrənib zehni vərdiş halına salmış olsa belə, onun geri qayıtması ehtimalı da var ki, buna “öz-özünə geri qayıtma" deyirlər. Bunun mənası ananın əvvəlki səylərinin faydasız olması və təlimə yenidən başlamağın gərəkliyi deyil.
Ötəri xəstəlik, möhkəm yorğunluq, həyəcan və qorxu, qəza, evdən uzaq düşmək, ailənin mühüm üzvlərindən birinin qəfil ayrılığı, ailədə yeni uşağın dünyaya gəlməsi, həmyaşıdlarla dava, ailə problemləri, həmçinin daha böyük uşaqlarda məktəb problemləri, o cümlədən imtahan kimi səbəblərdən həmişəlik deyil, müstəsna pozğunluq yarana bilər ki, bu da narahatedici deyil və davamlı olmur.
Dr. Hüseyn Dehnəvi