Nə üçün yeniyetmələr çox həssas olurlar və onların ən mühüm həssaslığı nədən ibarətdir?
24 Oktyabr, 2025 35
Nə üçün yeniyetmələr çox həssas olurlar və onların ən mühüm həssaslığı nədən ibarətdir?
İnsan həyatında iki zaman və iki mərhələ çox mühümdür: Onların biri yeniyetməliyə daxil olan zamandır, digəri isə yetkinlik dövrü.
Yeniyetməlik dövrü (12-18 yaş arası) həssaslıq zamanıdır. Yeniyetmənin həssaslığının səbəbi onun əqli inkişafa çatdığı üçün uşaqlıqda dərk etmədiyi bir sıra məsələləri dərk etməsidir. O, artıq atasının aşağı işdə işlədiyini, anasının savadsızlığını, ədalətsizlik və ayrı-seçkiliyi, özünün namünasib fiziki vəziyyətini (boyunun uzun və ya qısa olmasını, burnunun böyüklüyünü, üzündə səpkilərin olmasını, kök və ya arıq olmasını və s.) dərk edir və müstəqillik hissinə malik olduğu üçün rahatlıq tapmaq üçün valideynlərinə və başqalarına arxalanmır. Buna görə də daxili narahatlıq və həyəcanlar onun vücudunu bürüyür.
Yeniyetmə bu dövrdə ruhi sakitliyə möhtacdır. Buna görə də, gərək, ruhi sıxıntı yaradan şərait aradan qaldırılsın.
Yeniyetmələrin ən mühüm həssaslıqları bunlardan ibarətdir:
1. Ona uşaq gözü ilə baxılması: Yeniyetmə ona uşaq gözü ilə baxılmasına çox həssas yanaşır və bundan narahat olur. Ata və anaların göstərdikləri ürəyiyananlıqların çoxu yeniyetmələr üçün belə bir məna ifadə edir.
2. Müqayisə: Yeniyetmə özünün başqaları (bacı və qardaş, qohumların uşaqları, həmyaşıdları) ilə müqayisə edilməsinə nifrət edir.
3. Ayrı-seçkilik: Yeniyetmələrin həssaslıq göstərdikləri məsələlərdən biri, onlarla digər bacı və qardaşları arasında ayrı-seçkiliyə yol verilməsidir.
4. Valideynin ona etimadsızlığı: Yeniyetmə ona etimad edilməsini istəyir. Valideynin onu sorğu-suala tutması, acı istehzaların çox hissəsi etimadsızlıqdan xəbər verir və yeniyetmənin həssaslıq göstərməsinə səbəb olur.
Dok. Hüseyn Dehnəvi