Bizimlə əlaqə saxlayın

Psixologiya

İstedadların çiçəkləndirilməsi

16 Aprel, 2024

Uşaqların istedadlarını necə öyrənmək və onları necə çiçəkləndirmək olar?

Hər şeydən əvvəl, gərək, bizdə övladlarımızdan hər birinin müəyyən bir sahədə istedada malik olmasına inam olsun ki, onları üzə çıxarmaq istiqamətində çalışaq. Bütün uşaqlarda istedad var, amma onların istedadı bir-birindən fərqlidir.

İstedadların tanınmasının yolları

  1. Söhbət: Uşaqlarla müxtəlif mövzularda söhbət etməklə onların istedadlarını öyrənmək olar.
  2. Davranışa diqqət: Uşaqların hərəkətlərinə diqqət etməklə onların hansı sahədə istedada malik olmalarını bilmək olar. Bir müəllim tənbəl şagirdə öyüd-nəsihət verir, ona tənbəlliyin nəticələrini izah edirdi. Müəllim birdən görür ki, şagird ona qulaq asa-asa kömürlə stolun üstündə insan şəkli çəkir. O, şagirdin rəssamlıq istedadına malik olduğunu başa düşür və bu barədə onun valideynləri ilə danışır. Beləcə, həmin şagird istedadının çiçəkləndirilməsi ilə rəssamlıqda zəmanəsinin ən böyük şəxsinə çevrilir. (Cəfər Sübhani, Füruği-əbədiyyət, c. 1, s. 136)
  3. Bacarığa diqqət: Uşağın müxtəlif fənlərdəki bacarığı da onun istedadının göstəricisi ola bilər. Düzdür, bu həmişə elə olmur və bəzən uşaq hansısa bir dərs üzrə istedadının yoxluğuna baxmayaraq, çox çalışmaqla yaxşı qiymət alır.
  4. Marağa diqqət: Uşaq və yeniyetmələrin maraqlarına diqqət etməklə də onların istedadlarını öyrənmək mümkündür. Məşhur alman həkimi Andreas Vezaliusun uşaqlıq dövründəki əyləncəsi heyvan və quşların qarnını yarmaq olub. Andreasın valideynləri onun bu marağına diqqət edərək onun həkimlik sahəsində istedadının olmasını başa düşüblər və bu istedadın çiçəklənməsinə şərait yaradıblar. Şarl de Lin böyük botanik olub. O, uşaqlıqda ağlayanda anası həmişə onun əlinə gül verərmiş və o, sakitləşərmiş.

İstedadların çiçəkləndirilməsinin yolları

  1. Uşağın istedadını nəzərə alaraq onun adının bədii-incəsənət, idman və elmi dərnəklərə, peşə kurslarına yazdırılması istedadların çiçəkləndirilməsinin ən təsirli yollarındandır.
  2. Uşaq və ya yeniyetmənin hansısa xüsusi dərsdə istedadı məlum olandan sonra həmin fənlə, əlavə məşğul olmaq üçün müəllim tutmaq, yaxud valideynin uşağa həmin sahədə daha artıq vaxt ayırması həmin istedadı daha da çiçəkləndirir.
  3. Uşağın marağı olan sahələrdə imkanın yaradılması, məsələn, sadə elektron sxemlərin, elektrik avadanlıqları, kompüter (yazıların yığılması, qrafika işləri internet səhifələrinin hazırlanması, proqramların yazılması, montaj və s.) tədarük görülməsi onun istedadlarının çiçəklənməsində olduqca təsirlidir.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz