Bizimlə əlaqə saxlayın

Psixologiya

Təqribən bir ay bundan qabaq həyat yoldaşım vəfat edib və 8 yaşlı oğlum psixoloji sıxıntılara məruz qalıb. Onu sakit həyata necə qaytara bilərəm?

25 Yanvar, 2026 27

Təqribən bir ay bundan qabaq həyat yoldaşım vəfat edib və 8 yaşlı oğlum psixoloji sıxıntılara məruz qalıb. Onu sakit həyata necə qaytara bilərəm?

     Siz bilməlisiniz ki, atanın itirilməsi müsibəti övladınızın həyata inamını itirməsinə, məyusluğa düçar olmasına, bunun da nəticəsində ruhi sıxıntılara məruz qalmasına səbəb olub.
     Övladınızın yaxşılaşması çox yavaş baş verəcək və təqribən 2 il çəkəcək. Buna görə də təmkinli olun və onun psixoloji sıxıntılarını azaltmaq üçün bu yollardan istifadə edin:
     1. Öz sakitliyiniz: Siz özünüzün övladınız üçün örnək olduğunuzu nəzərə alaraq çalışın, Allahı yad etmək, Allah övliyalarına təvəssül etmək və sakitlik əldə etmək yollarından istifadə etməklə öz ruhi sıxıntılarınızı azaldın.
     2. Quran oxumaq: Övladınızdan istəyin, ürəyi sıxılanda Quran oxusun və ya Quran tilavətinə - oxunuşuna - qulaq assın. Çətinliklər zamanı Qurana sığınmaq məsum imamların davranış üsulu olub.
     İmam Səccad buyurur:
     Əgər şərq ilə qərb arasında olan kəslər(in hamısı) ölsə, qorxmaram. Çünki Quran mənimlədir.
     3. Kədərin izhar edilməsi və yasda iştirak: Ona mütləq icazə verin, atasının yas mərasimində iştirak etsin, qəbri üstə göz yaşı töksün, öz kədərini büruzə versin. Atasının yasında göz yaşı tökmək onu sakitləşdirir.
     4. Atanın xatirəsini əziz tutmaq: Bir də görürsən vəfat etmiş şəxsin yaxınları uşağın yanında ondan danışmırlar ki, uşağın narahatlığı artmasın. Bu, düzgün davranış qaydası deyil və əks təsir göstərir.
     Onunla mütləq atasının ölümü barədə danışın, onun atası ilə bağlı xatirələrini yada salın, xatirəsini əziz tutun. Bu, ayrılıq yarasının qaysaqlanmasına kömək edir.
     5. Geniş qohum əlaqələri: Kədər və guşənişinliyin birləşməsi depressiya ilə nəticələnir. Buna görə də yaxınlarınızla əlaqələrinizi artırın. Bu əlaqə onda ruhi-psixoloji inamın yaranmasına səbəb olur və psixoloji sıxıntılarını azaldır.
     6. Həmyaşıdlarla ünsiyyət: Müsibət görmüş uşaq xarici aləmə marağını itirdiyi üçün onunla həmyaşıdları arasında əlaqə yaratmaqla bu marağı geri qaytarın.
     7. Yeni ruhi əlaqələrin yaradılması: Sizin övladınız atasını itirdiyi üçün ruhi boşluqlara məruz qalıb. Bu boşluqları doldurmaq üçün onunla onun sevdiyi şəxslər (dayı, əmi və s.) arasında yeni ruhi əlaqələr yaradın.
     8. Məlumatlandırma: Ona atasının ölümünün səbəbi barədə məlumat verin ki, özünü günahkar bilməsin. Əlbəttə, məsələnin xırdalıqlarının deyilməsi lazım deyil.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar